Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Azərbaycan Mətbuat Şurasında yubilyar media nümayəndələri – "Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, MŞ sədri Vüqar Zifəroğlu yubilyarları təbrik edib, onların ömür yollarının bəzi xarakterik məqamlarını açıqlayıb. MŞ sədri bildirib ki, hər iki qələm sahibinin peşəkar fəaliyyəti jurnalistikaya sədaqətin və bu sahədəki qüsursuz xidmətin bariz nümunəsidir.
Qeyd edək ki, 1991-ci ilin mayından "Sumqayıt” qəzetində müxbir, sənaye və tikinti şöbəsinin müdiri vəzifələrində çalışmış S.Quliyev 2020-ci ildən nəşrin baş redaktorudur. Bunadək isə o, "Sosialist Sumqayıtı”, "Azərbaycan gəncləri”, "Kommunist” (hazırkı "Xalq qəzeti”), "Vışka”, "Bakinski raboçi”, "Sintez” qəzetlərində və "Azərbaycan qadını” jurnalında fəaliyyət göstərib, 2019-cu ildə "Tərəqqi” medalı ilə təltif olunub.
Toplantıda çıxış edən MŞ-nin icraçı katibinin müavini İlqar Tağıyev, vaxtilə "Futbol+” qəzetində çalışmış tanınmış idman jurnalistləri – İlkin Fikrətoğlu, Elton Dünyaməliyev, Rəşad Qasımov və Mehman Süleymanov bu nəşrin M. Rüstəmlinin başçılığı ilə idman mediasının əsl nümunəsini yaratdığını, məktəb missiyası yerinə yetirdiyini vurğulayıblar. Onlar hər iki yubilyara xoş arzu və diləklərini ifadə ediblər.
S.Quliyev media sahəsində səmərəli fəaliyyətinə və 70 illik, M. Rüstəmli isə idman jurnalistikasının inkişafına verdiyi töhfələrə və 50 illik yubileyinə görə Mətbuat Şurasının diplomları ilə təltif ediliblər.
Sonda çıxış edən yubilyarlar keçdikləri ömür yoluna və fəaliyyətlərinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürlərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















