Icma.az
close
up
RU
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi, bir neçə sayt MŞ ə üzv oldu

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi, bir neçə sayt MŞ ə üzv oldu

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, toplantını açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. R.Məcid bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddətdə media nümayəndələrinin milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı təltif edilmələri istiqamətində aparılan fəaliyyətə yaxından dəstək oldu, öz namizədlərini müəyyənləşdirərək ölkə rəhbərliyinə təqdim etdi.

Mətbuat Şurası iyulun 24-də Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı. Məktubda dövlətimizin başçısına həm "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamına, həm "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsinə dair Fərmanına, həm də "Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinə, yüksək dəyərinə və qədirbilənliyinə görə minnətdarlıq ifadə olundu.

R.Məcid onu da deyib ki, MŞ "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədlərini də müəyyənləşdirdi və Medianın İnkişafı Agentliyinə təqdim etdi. Hesabat dövründə Şurada araşdırmaçı-jurnalist Elxan Salahovun "Başlıbel: yaranışdan işğaladək”, mina terrorunun qurbanı olmuş, şəhid jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimova həsr olunmuş "Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitablarının, Rusiyada yaşayan jurnalist, yazıçı və publisist Ulduz Qasımın 4 kitabının təqdimatı, habelə yazıçı-publisist Salman Alıoğlunun 70, "Ədalət” qəzetinin 35 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. Şura ayrı-ayrı media orqanlarının yubileyləri ilə bağlı 4 təbrik mətni yaydı.

Bundan başqa, MŞ Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın Qəzzada peşə vəzifəsini yerinə yetirərkən həyatını itirməsinə dair mövqeyini açıqladı. Bununla bağlı məlumatda ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin problemli məqamlarına toxunuldu, qardaş ölkənin media təmsilçiləri ilə həmrəylik ifadə olundu, başsağlığı diləkləri çatdırıldı.

Sentyabrın 30-da Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən "Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında oldu, onunla ətraflı fikir mübadiləsi aparıldı.

Mətbuat Şurası avqustun 20-də "Azərpoçt” MMC ilə birlikdə "Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda jurnalistlər üçün müsabiqə elanı verdi. Müsabiqəyə yazı qəbulu sentyabrın 20-də yekunlaşdı və tezliklə qaliblər mükafatlandırılacaqlar.

R.Məcid məlumatında eyni zamanda bidirdi ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır. Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verdi. O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açdı və bildirdi ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

İclasda məlumat verildi ki, Mətbuat Şurası ölkə Prezidentinin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama uyğun olaraq iki təşəbbüs irəli sürmüşdü. Bunlardan birincisi "Əkinçidən 50 il sonra”, ikincisi  "Mətbuatnamə. 150 ilin xronikası” kitabının hazırlanması və çapı idi. Birinci kitabın müəllifi araşdırmaçı jurnalist Müsəllim Həsənov, ikincisinin müəllifi isə MŞ İdarə Heyətinin üzvü, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. İclasda A.Aşırlının müəllifi olduğu kitabla bağlı ətraflı məlumatı dinlənildi. O bildirdi ki, nəşrdə ötən müddətdə Azərbaycanda işıq üzü görmüş mətbuat orqanları ilə bağlı məlumatlar toplanılıb.

Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənildi. Komissiya sədri diqqətə çatdırdı ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş tədbirdə AİPCE-yə üzv təşkilatların illik hesabatları, "Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, "Müharibə şəraitində və təzyiqlər dövründə  medianın özünütənzimləmə prinsipləri”, "Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, "Etik kodekslə  hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları ətrafında müzakirələr aparıldı.

İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu oldu. Müzakirələrdən sonra "Sport Time” jurnalı, "Citypost.az”, "Oxu24.com”, "İqtisadiyyat.az” və "Crossmedia.az” saytları Şuraya üzv qəbul edildilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri