Icma.az
close
up
RU
Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur

Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər. Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. O cümlədən, cənab Prezident 2025-ci ilin 25 aprel tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. 21 iyul 2025-ci il tarixində Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı medi nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümünəsidir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Ulu Öndər Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb.

Ulu Öndər Heydər Əliyev Müstəqillik illərində milli mətbuatın tarixi rolunu yüksək dəyərləndirərək deyirdi:

“Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Söz və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası da hüquqi baxımdan təsdiqlədi. Konstitusiyada mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci ildə imzalanan Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə idi. Həmin ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım oldu. O vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması qaydaları asanlaşdırıldı. 2000-ci ilin martında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum Azərbaycan Mətbuat Şurası yaradıldı. Nəzərə alaq ki, bu addımın azad mətbuatın inkişafında xüsusi rolu var. 22 ildən çoxdur davam edən fəaliyyəti müddətində Mətbuat Şurası jurnalistikanın inkişafında önəmli rol oynamağı bacarıb. Bütün bunlarla yanaşı, milli mətbuatın yubileylərinin geniş qeyd olunması, media orqanlarına birdəfəlik yardımların göstərilməsi, jurnalistlərin fəxri adlarla təltif olunmaları və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər gördü.

Ümummilli lideri Heydər Əliyev məhz bunu nəzərə alaraq deyirdi:

“Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Mətbuatın inkişafında dövləti qayğısı xüsusi rol oynayır. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə sübutdur. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” sənəd imzalanmış, bu sənəd çərçivəsində yeni institusional mexanizm Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik mətbuat orqanlarının dayanıqlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və müasir media mühitinə uyğunlaşdırılması məqsədilə mühüm layihə və təşəbbüslər həyata keçirir. Azərbaycan mediası xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi prinsipial və vətənpərvər mövqe ilə ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında və ictimai rəyin düzgün formalaşdırılmasında mühüm rol oynayıb. Müharibə dövründə fəaliyyət göstərən jurnalistlər yalnız informasiya daşıyıcısı kimi deyil, həm də informasiya cəbhəsinin əsgərləri kimi çıxış edib, cəmiyyətə ruh yüksəkliyi, birlik və qələbə əzmi aşılayıb. Başqa istiqamətlərdə olduğu kimi media sahəsində də Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Belə ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib və bu, onu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib. Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri