Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Meteohəssas insanlar, diqqət!

Meteohəssas insanlar, diqqət!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

"Meteohəssas insanlarda əvvəlcədən qorxu hissi yaranır və bu, çoxlarına təsir edir. Maqnit fırtınaları dövründə insanlarda infarkt tutmalarına, hipertonik böhranlara, beyinə qansızma hallarına çox rast gəlinir.

Mobil telefonlar da süni maqnit sahəsi yaradır". Bu fikirləri APA TV-də efirə gedən "Sosium" proqramının qonağı, Tibb Universitetinin Ümumi Gigiyena və Ekologiya kafedrasının dosenti, Tibb üzrə fəlsəfə doktoru Əsəd Qurbanov deyib.

Meteohəssaslığın insan orqanizminin fərdi xüsusiyyətlərindən asılı reaksiya olduğunu deyən mütəxəssis bunun yaranma səbəbini izah edib: "Hər bir fırlanan cismin ətrafında maqnit sahəsi yaranır, Yer planeti də öz oxu ətrafında fırlandığı üçün onun da ətrafında maqnit sahəsi yaranır. Maqnit sahəsində müxtəlif yüklü ionlar əmələ gəlir və onlar daima hərəkətdədir. Bu hərəkətin intensivliyinin sürətlənməsi və ya azalması insan orqanizminə də təsir göstərir. Atmosfer havası müsbət elektrik yükü ilə yüklənir, Yer isə mənfi yüklü hissəciklərdən ibarətdir və atmosfer havası bu iki qütb arasındakı elektrik keçirməyən bir qat hesab olunur. Günəş aktivliyi zamanı Günəşdən ayrılan müxtəlif yüklü korpuskulyar  hissəciklər neytron və protonların hərəkəti nəticəsində Yerin ətrafında yaranmış maqnit sahəsini həyəcanlandırır. Günəşdən ayrılan müxtəlif yüklü neytronlar, protonlar Yerdəki hidrogen ionlarının yükünü artıraraq belə maqnit burulğanlarının əmələ gəlməsinə səbəb olur və bu da insan orqanizminə təsir göstərir".
Əsəd Qurbanov relyef formaları və en dairələri dəyişdikcə maqnit sahəsinin təsirinin də dəyişdiyini bildirib: "Ekvatora və qütblərə yaxınlaşdıqca maqnit sahəsi azalır, orta qurşaqlarda isə bu təsir artır, həmçinin yerdən müxtəlif hündürlüyə qalxdıqda maqnit sahəsinin gərginliyi dəyişir. Yerin maqnit sahəsinin gərginliyi yuxarı qalxdıqca azalır. Hündürlükdə maqnit qasırğaları müşahidə olunmur, çünki maqnit qasırğalarının yaranmasının əsas səbəbi Yerin ekvator boyunca əmələ gələn maqnit qurşağında olur".
Meteohəssaslığın hamıda eyni olmadığını deyən həkim burada ilk növbədə insanın mərkəzi sinir sisteminin əsas rol oynadığını qeyd edib: "Meteohəssaslıq genetik ola və ya hər hansı bir stressdən sonra yarana bilər. İnsanların emosional vəziyyəti sabit olmur. Meteohəssas insanlarda əvvəlcədən qorxu hissi yaranır və çoxlarına təsir edir. Bu xüsusiyyət  ən çox hipertoniyadan əziyyət çəkən insanlar üçün xasdır. Maqnit qasırğaları zamanı damarların spazmı sürətlənir. Əgər bu, həyati vacib damarlarda baş verərsə, nəticə o qədər də yaxşı olmur. Maqnit fırtınaları dövründə insanlarda infarkt tutmalarına, hipertonik böhranlara, beyinə qansızma hallarına çox rast gəlinir, bunun səbəbi isə damar keçidinin daralmasıdır. Orqanizmdə gedən bütün proseslər mərkəzi sinir sistemi tərəfindən idarə olunur və tənzimlənir. Daha çox emosional və gərgin zehni işlə məşğul olanlarda, oturaq həyat keçirənlərdə bu vəziyyətə daha çox təsadüf olunur. Meteohəssas insanların əsas problemi ürək, qan-damar sistemi ilə bağlıdır".
Qonağın fikrincə, son illər Yerin təbii maqnit sahəsinə antropogen amillərin təsirinin artması müşahidə olunur: "Təbiətdə bu proseslər daim baş verib, sadəcə, son dövrlərdə bu problemin daha çox araşdırılması, eyni zamanda  antropogen amillərin təsiri ilə Yer planetinin süni maqnit sahəsinin yaranması problemi aktuallaşdırır. İndi müxtəlif tezlikli televiziya və radio dalğaları var, mobil rabitə var, bizim daşıdığımız mobil telefonları da maqnit sahəsi yaradır. Dalğa təbiətli olan hər hansı bir amilin başqa mühitlərə təsir etmə qabiliyyəti dalğa uzunluğu ilə tərs mütənasibdir. Dalğa uzunluğu nə qədər qısadırsa o daha kəskin daha nüfuz etmə qabiliyyətinə malikdir".
Əsəd Qurbanov Yerin maqnit qütblərinin yerdəyişməsi barədə fikirləri real hesab etmir: "Günəşdə baş verən partlayışlar nəticəsində kainata atılan hissəciklər seli Yer səthinə istiqamətlənirsə, yerin təbii maqnit sahəsində yox, süni elektromaqnit sahələrinin işini gücləndirir. Ona görə də müasir dövrdə maqnit fırtınalarının Yerdə kəskinləşməsi, hiss olunması və daha çox insan kütləsinə təsir etməsi bununla aktuallaşır".
Həkim maqnit fırtınaları dövründə meteohəssas insanların profilaktik tədbirlərlə ətraf mühitin orqanizmə təsirini azalda biləcəyini deyib: "Səmərəli qidalanma, sağlam həyat tərzi, fiziki fəallıq, ürək fəaliyyətinin yaxşılaşması və sinir sisteminin fəaliyyətinin tənzim olunmasında əhəmiyyətli rol oynayır. İstər fiziki, istər bioloji, kimyəvi amillərə qarşı orqanizmin möhkəmləndirilməsi, müqavimətin artırılması əhəmiyyətli rol oynayır. Əgər açıq havada maqnit sahəsi varsa, qapalı mühitlərdə bu yoxdur. İnsan sağlamlığında baş verən ayrı-ayrı xəstəliklərin gedişinin kəskinləşməsi, müşahidəsinin tezləşməsi müəyyən qədər fəsli xarakter daşıyır. Fəsillərin keçid dövründə, yaz-yay, payız-qış keçid dövründə həm iqlim dəyişməsi prosesi, həm də maqnit gərginliyinin azalıb-artması öz təsirini göstərir. Birinci növbədə süni maqnit sahələrindən maksimum uzaq durmaq lazımdır. Yaşayış yerləri yüksək gərginlikli elektrik xətlərinin ən azı 30 metr uzaqlığında olmamalıdır. Bu təkcə texniki məqsədlər daşımır, insanların sağlamlığının qorunması məsələsini daşıyır".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri