Metodistlərin işə qəbulu üzrə qeydiyyat başlanıldı
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 18-dən məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifəsinə işə qəbul müsahibəsinə qeydiyyat başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Manset.az-a bildirilib ki, müsahibə zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Həmçinin namizədlərin effektiv kommunikasiya qurmaq bacarığı, münaqişələrin həlli, innovativlik, metodik dəstək, rəhbərlik və pedaqoji səriştələr üzrə qiymətləndirilməsi həyata keçiriləcək.
Namizədin məktəbəqədər təhsil üzrə ali təhsilli və 10 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olması əsas tələblərdəndir.
Qeyd edək ki, namizədlərin biliklərinin qiymətləndirilməsi Təhsil İnstitutunun hazırladığı “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaq.
Müsahibədə iştirak etmək istəyən namizədlər 29 noyabr saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.
Baxış sayı:82
Bu xəbər 18 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















