Icma.az
close
up
RU
“Metro Park”ın qarşısında həmkəndlisini ölürən keçmiş hərbçiyə hökm OXUNDU

“Metro Park”ın qarşısında həmkəndlisini ölürən keçmiş hərbçiyə hökm OXUNDU

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib.

Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib.

Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib.

Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb.

Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb.

Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər.

“Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib.

Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib: “İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünkü hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşuq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər.

Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib (Qafqazinfo).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri