Icma.az
close
up
RU
Metro stansiyalarının adları ilin sonunadək dəyişəcək?

Metro stansiyalarının adları ilin sonunadək dəyişəcək?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakı şəhərində metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub.  Bu barədə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib. Amma bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Bakı Metropolitenində stansiya adlarının dəyişdirilməsi ilə bağlı prosedur belə izah edib:

Bakı  Metropoliteni QSC-nin rəhbərliyi tərəfindən Nazirlər Kabineti yanında fəaliyyət göstərən adqoyma komissiyasına müraciət edilir. Bu müraciət əsasında stansiya adlarının dəyişdirilməsi prosesi həyata keçirilir.

O bildirib ki, sonuncu dəfə Koroğlu stansiyasının adı dəyişdirilib.

“Ondan əvvəl də bir sıra metro stansiyalarının adları dəyişdirilib. Hazırda da müəyyən gözləntilər var, lakin dəqiq məlumat yoxdur ki, Metropoliten rəhbərliyi tərəfindən Nazirlər Kabinetinə, müvafiq komissiyaya bu məsələ ilə bağlı müraciət olunub, ya yox”.

Millət vəkili əlavə edib ki, sözügedən məsələ ictimai fikirdə zaman-zaman müzakirə olunur və diqqətə gətirilir:

“Yeni stansiyaların açılması da gözlənilir və bununla bağlı artıq məlumatlar verilib. Təbii ki, bəzi stansiya adlarının yenilənməsinə ehtiyac olduğu ilə bağlı bir sıra fikirlər də mövcuddur”.

Deputat vurğulayıb ki, ictimai rəy və cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən prosedurlar var, qeyd edilən məsələ ictimailəşirsə, təbii ki, aidiyyəti qurumlar tərəfindən də müvafiq addımların atılması istisna edilmir”,-  deyə o fikrini tamamlayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də məsələyə öz münasibətini bildirib:

Deputatın sözlərinə görə, bu məsələ bir neçə dəfə gündəmə gəlib və cəmiyyət tərəfindən də müxtəlif fikirlərlə qarşılanıb.

“Düşünürəm ki, metro stansiyalarının adlarının dəyişdirilməsi məsələsinə çox həssas və düşünülmüş şəkildə yanaşmaq lazımdır. Çünki bu, həm tarixi, həm də ictimai aspektlərdən vacib mövzudur”.

R.Nurullayev onu da nəzərə çatdırıb ki, əgər ad dəyişikliyi ediləcəksə, bu, ölkəmizin Konstitusiya və suverenlik prinsiplərinə uyğun şəkildə, milli kimliyimizi, müstəqilliyimizi və tariximizi daha dolğun əks etdirəcək adlarla həyata keçirilməlidir:

“Lakin mənim bildiyim qədərilə bu məsələdə hələlik konkret qərar yoxdur. Bu, bir prosesdir və müvafiq dövlət qurumlarının razılığı, həmçinin ictimai rəy nəzərə alınmaqla həyata keçirilə bilər. Əgər il sonuna qədər bu istiqamətdə addımlar atılarsa, bu, milli dəyərlərimizin və dövlətçilik ənənəmizin təbliği baxımından müsbət bir addım ola bilər “,- deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri