Icma.az
close
up
RU
Metroda ardarda nasazlıq üçün xüsusu iclas: NƏ EDİLƏCƏK?

Metroda ardarda nasazlıq üçün xüsusu iclas: NƏ EDİLƏCƏK?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı dünən komissiyanın xüsusi araşdırma iclası baş tutub. 

Qeyd edilib ki, mövcud vəziyyətin aidiyyəti şöbələrin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq. 

“Cebheinfo.az”a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metropolitenlərdə hər hansı bir sərnişin xəsarət alması və digər bu kimi hallar baş verməyib. Onun sözlərinə görə, “Bakı Metropoliteni”ndə miqyasından asılı olmayaraq baş verən hər hansı nasazlıq avtomatik olaraq mütləq araşdırılır və bu da həmin prosesdir: 

“İlkin araşdırmanın nəticəsi artıq bəllidir. Belə ki, məsələyə iki aspektdən yanaşılır. Birincisi baş vermiş texniki nasazlığın özü, ikincisi işçi personalının həmin anda davranışı, verdiyi qərarlar və atdığ addımlar.

İlk növbədə “28 May” metrostansiyasında, ən sıx sərnişin axını dövründə işçi personalının sərnişinlərin vaqonlardan düşürülməsi prosesini, eyni zamanda stansiyada sərnişin sıxlığının tənzimlənməsi kimi məsələlərdə operativ reaksiyası və verdiyi qərarlara baxılıb. Stansiyada operativ qaydada iş aparılsa da, həmin dövrdə ən uzun çəkən proses bu olub. Yəni, sərnişinlərin qatardan düşürülməsi və ümumilikdə 8 dəqiqəyə qədər intervaldan əlavə olaraq yubanma yaranıb. Bu proses qaydasında icra olunub. 

İkinci məsələ avtomatik olaraq stansiya girişindən sərişinlərin stansiyaya buraxılmasının tənzimlənməsi prosesində də operativlik nümayiş olunub. 

Bunun nəticəsində stansiyada hər hansı neqativ hal, yəni sərnişin xəsarət alması və ya hansısa fəsadın baş verməsi olmayıb. Bu səbəbdən təkcə “28 May” stansiyası deyil, artıq bütün yaşıl və qırmızı xətlərin stansiyalarında eyni proses olduğundan xüsusi sıxlığı olan məsələ “Elmlər Akademiyası” tipli stansiyalarında da operativ qərarların veriməsi və işçi personalın iş rejimi yoxlanılıb. İkinci vacib nüans maşinistin verdiyi qərarla bağlıdır. Maşinist idarəetmə pultuna daxil olan siqnal əsasında ən doğru qərarı verib. Qısa müddətdə nöqsan ehtimalını “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti olduğunu müəyyən edib”. 

Bəxtiyar Məmmədov vurğulayıb ki, ən əsası sərnişin təhlükəsizliyinə xələl gətirə biləcək nasazlıq olmayıb: 

“Prosesin 8 dəqiqəyə qədər uzanması məhz sərnişinlərin düşürülməsi ilə bağlı olur. Texniki nöqsanın özünə gəldikdə bu gün “Bakı Metropoliteni” olan bütün qatarlarda ən yaxşı cəhətlərdən biri odur ki, həm köhnə nəsil, həm də müasir texnologiyalı qatarların özündə idarəetmə pultu hətta, bəzi nasazlıqlar barədə qabaqcadan da məlumat verə bilir. Bu təbii ki, sistemin sinxron işinin nəticəsində hər bir sistemdə olan avadanlıqların normativə uyğun hansı səviyyədə, hansı dərəcədə olması ilə bağlı olan bir məsələdir.

Maşinistin kabinasına daxil olan ötürücü siqnal daxil olmuş məlumat əsasında ilkin araşdırmanın nəticəsi budur ki, nasazlıq faktı olub, amma onun dərin araşdırmaları aparılmalıdır. Bu halda belə hətta sərnişin qatarla yoluna davam edə bilsə belə “Bakı Metropoliteni”nin normativ tələbinə uyğun olaraq sərnişin hər şeydən vacib olduğu üçün onların düşürülməsinə qərar verilib. Bundan sonrakı araşdırmalarda texniki xüsusiyyətləri barədə əlavə zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək”. 

O bildirib ki, bu xüsusi əlahiddə problemli bir məsələ deyil: 

“Məsələnin həlli ondan ibarətdir ki, “Bakı Metropoliteni”nin yaşıl və qırmızı xətləri mütləq qaydada bir-birindən ayrılmalıdır. Hər bir xətt bütün dünya metro sistemində olan tələblərə uyğun olaraq müstəqil fəaliyyət göstərməlidiir. 

Onun öz infrastrukturu olmalıdır. Məsələn. dünənki hadisə ilə bağlı yaşıl xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş səviyyədə olduğu halda belə Dərnəgül elektrik deposundan xəttə buraxılacaq qatar bir istiqamətdə sərnişin sıxlığının tənzimlənməsində müəyyən rol oynaya bilərdi. Təbii ki, Bakı şəhərinin Baş Planı təsdiq olunduğundan və bu istiqamətdə işlər aparılacağından, artıq xətlərin ayrılması layihəsi, ümumiyyətlə, metropoliten infrastrukturunda bu kimi çatızmazlıqların aradan qaldırılması istiqamətində işlər görüləcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri