Millimiz Lənkəranda Çexiyanı qəbul edir YENİLƏNİR
Apasport saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız Çexiya ilə qarşılaşacaq.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Matç Azərbaycan futzalı üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, milli komandamız ilk dəfə Bakıdan kənarda – bölgədə rəsmi beynəlxalq oyun keçirəcək.
Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Çiara Perona olacaq. Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Vaxt hakimi İmran Məhərrəmov, hakim-inspektor niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Miadzvedzeu olacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviyaya qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı Bakıda beynəlxalq badminton turnirinə start verilib Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















