Icma.az
close
up
RU
Metroda bu hərəkəti edənlər məsuliyyətə cəlb oluna bilər KONKRET

Metroda bu hərəkəti edənlər məsuliyyətə cəlb oluna bilər KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Metro vaqonlarında yerləşdirilən “sərnişin-maşinist” rabitə düyməsi fövqəladə hallarda sərnişinlərin operativ şəkildə maşinistlə əlaqə saxlaması üçün nəzərdə tutulub. Lakin bəzi vətəndaşlar bu düymədən adi suallar verməyin və ya zəruri olmayan hallarda istifadə etməyin mümkün olub-olmadığını maraq edirlər. Bəs metroda istənilən vaxt düyməni basaraq maşinistlə danışmaq olarmı və belə hallarda sərnişini hansı məsuliyyət gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, “sərnişin-maşinist” rabitəsi yalnız zəruri hallarda istifadə edilməlidir.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, zərurət olmadan bu rabitə vasitəsindən istifadə edən şəxslər inzibati məsuliyyət daşıyırlar.

“Qanunvericiliyə görə, sərnişinin hər hansı fövqəladə vəziyyət, təhlükə və ya təxirəsalınmaz hal olmadığı halda maşinistlə əlaqə yaratması inzibati xəta hesab edilir. Bu əmələ görə şəxs 200 manat məbləğində cərimə olunur”, – deyə vəkil vurğulayıb.

Etibar Qarayev qeyd edib ki, rabitə düyməsi sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılıb və yalnız zəruri hallarda istifadə edilməlidir. Əks halda, əsassız müraciətlər qatarların hərəkətinə və metro xidmətinin normal fəaliyyətinə maneə yarada bilər.

Vəkil vətəndaşlara tövsiyə edib ki, “sərnişin-maşinist” rabitəsindən yalnız həqiqətən təhlükə yaradan və ya təcili müdaxilə tələb edən hallarda istifadə etsinlər. Bu həm təhlükəsizlik baxımından vacibdir, həm də inzibati məsuliyyətlə üzləşməməyə kömək edir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyun 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri