Icma.az
close
up
RU
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar… KONKRET

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar… KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bakıda metrodan istifadə qaydalarında dəyişikliklər gündəmdədir. Bu fonda avqustun 29-da “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədovun açıqlaması diqqət çəkib. O bildirib ki, hazırda qurum aylıq və birsəfərlik gedişhaqqı kartlarının tətbiqini nəzərdən keçirir. 

Sitat: “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

Azərbaycanda da məsafəyə görə ödəniş sistemi tətbiq edilə bilərmi? Birsəfərlik gediş kartları vətəndaşlar üçün nə qədər sərfəlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, metrolarda güzəştli ödəniş sistemi dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Bolqarıstan və digər ölkələrdə tətbiq olunur:

“Əsasən aztəminatlı ailələr, şəhid ailələri, xüsusi təqaüdlə təmin edilən şəxslər bu güzəştlərdən yararlanırlar. Tələbələr isə güzəştli kartlar vasitəsilə müəyyən şərtlərlə metrodan istifadə edə bilirlər. Bu mexanizmlər hər ölkədə fərqli şəkildə tənzimlənir və milli xüsusiyyətlər nəzərə alınaraq tətbiq olunur. Azərbaycanda da bu praktika qismən mövcuddur. Məsələn, məktəbəqədər uşaqlar, polis əməkdaşları, metroda çalışan və ya çalışmış şəxslərin bu nəqliyyat vasitəsindən pulsuz istifadə etməsi mümkündür. Güzəştli ödənişlərin tətbiqi əsasən istifadənin qaydaları ilə bağlıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda məsafəyə görə ödənişin tətbiq edilməsi hələ tezdir:

“Çünki bu sistemin qurulması üçün metro şəbəkəsinin genişlənməsi, infrastruktur problemlərinin həll edilməsi və xəttlərin sayının artması vacibdir. Bəzi ölkələrdə 70-80 metrostansiyası var və aralarındakı məsafə 100 kilometrdən çox olur. Belə hallarda məsafəyə görə ödəniş həm sərnişinlərin maraqlarını, həm də nəqliyyatda yüklənməni tənzimləmək üçün nəzərdə tutulur. Beləliklə, sərnişinlər taksi, marşrut və ya metro arasında seçim edərkən qiymət, sürət və rahatlığı müqayisə edirlər. Bu baxımdan məsafəyə görə ödəniş mexanizmi nəqliyyatda yükün balanslaşdırılmasına imkan verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri