Icma.az
close
up
RU
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar…

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər Gözlənilən qərar…

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakıda metrodan istifadə qaydalarında dəyişikliklər gündəmdədir. Bu fonda avqustun 29-da “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədovun açıqlaması diqqət çəkib. O bildirib ki, hazırda qurum aylıq və birsəfərlik gedişhaqqı kartlarının tətbiqini nəzərdən keçirir. 

Sitat: “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

Azərbaycanda da məsafəyə görə ödəniş sistemi tətbiq edilə bilərmi? Birsəfərlik gediş kartları vətəndaşlar üçün nə qədər sərfəlidir?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, metrolarda güzəştli ödəniş sistemi dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Bolqarıstan və digər ölkələrdə tətbiq olunur:

“Əsasən aztəminatlı ailələr, şəhid ailələri, xüsusi təqaüdlə təmin edilən şəxslər bu güzəştlərdən yararlanırlar. Tələbələr isə güzəştli kartlar vasitəsilə müəyyən şərtlərlə metrodan istifadə edə bilirlər. Bu mexanizmlər hər ölkədə fərqli şəkildə tənzimlənir və milli xüsusiyyətlər nəzərə alınaraq tətbiq olunur. Azərbaycanda da bu praktika qismən mövcuddur. Məsələn, məktəbəqədər uşaqlar, polis əməkdaşları, metroda çalışan və ya çalışmış şəxslərin bu nəqliyyat vasitəsindən pulsuz istifadə etməsi mümkündür. Güzəştli ödənişlərin tətbiqi əsasən istifadənin qaydaları ilə bağlıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda məsafəyə görə ödənişin tətbiq edilməsi hələ tezdir:

“Çünki bu sistemin qurulması üçün metro şəbəkəsinin genişlənməsi, infrastruktur problemlərinin həll edilməsi və xəttlərin sayının artması vacibdir. Bəzi ölkələrdə 70-80 metrostansiyası var və aralarındakı məsafə 100 kilometrdən çox olur. Belə hallarda məsafəyə görə ödəniş həm sərnişinlərin maraqlarını, həm də nəqliyyatda yüklənməni tənzimləmək üçün nəzərdə tutulur. Beləliklə, sərnişinlər taksi, marşrut və ya metro arasında seçim edərkən qiymət, sürət və rahatlığı müqayisə edirlər. Bu baxımdan məsafəyə görə ödəniş mexanizmi nəqliyyatda yükün balanslaşdırılmasına imkan verir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri