Icma.az
close
up
RU
Metroda kartda pul olmadan keçəndə niyə kartımız “black list”ə düşür?

Metroda kartda pul olmadan keçəndə niyə kartımız “black list”ə düşür?

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı metrosunda bank kartı və mobil ödəniş vasitələrindən istifadə zamanı bəzi vətəndaşlar problemlə üzləşdiklərini bildirirlər. Belə ki, kart hesabında vəsait olmadığı halda turniketdən keçid baş tutur, lakin sonradan həmin kartlar bloklanır və “black list”ə (qara siyahı) düşür. Nəticədə sərnişinlər müəyyən müddət ərzində kartdan və mobil ödəniş xidmətlərindən istifadə edə bilmirlər.

Qeyd olunur ki, balans sonradan artırılsa belə, borc məbləğinin tutulması və blokun aradan qaldırılması prosesi dərhal baş vermir. Bəzi hallarda vəsaitin hesabdan çıxılması və kartın yenidən aktivləşdirilməsi bir neçə gün çəkir.       

Ölkə.az xəbər verir ki, problemlə bağlı Valyuta.az “K Group” MMC-yə (BakıKart) sorğu göndərib.

“K Group” MMC (BakıKart) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli qeyd edib ki, Bakı metrosunda bank kartları və mobil ödəniş vasitələri ilə həyata keçirilən əməliyyatlar NFC texnologiyası və gecikdirilmiş avtorizasiya prinsipi əsasında icra olunur:

"Bu mexanizmə uyğun olaraq, bəzi hallarda kart hesabında kifayət qədər vəsait olmasa belə, sistem sərnişinə ardıcıl olaraq iki dəfə keçid imkanı verə bilər. Bu zaman yaranmış məbləğ sonradan kart hesabına vəsait daxil olduqda avtomatik qaydada tutulur. Əgər kart üzrə formalaşmış borc müəyyən müddət ərzində ödənilməzsə, kart müvəqqəti məhdudlaşdırıla və “black list”ə daxil edilə bilər. Bu tədbir ödəniş intizamının təmin edilməsi məqsədilə tətbiq olunur. Kartın yenidən aktivləşdirilməsi üçün istifadəçi hesabda kifayət qədər vəsaitin mövcudluğunu təmin etməlidir. Borc məbləği sistem tərəfindən avtomatik şəkildə tutulduqdan sonra tətbiq olunmuş məhdudiyyət aradan qaldırılır. Qeyd edilməlidir ki, bu proses bəzi hallarda dərhal deyil, müəyyən zaman intervalı ərzində baş verə bilər ki, bu da gecikdirilmiş avtorizasiya mexanizmi ilə bağlıdır".

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov isə bildirir ki, ictimai nəqliyyatda - metro və “BakuBus” sistemində - ödənişlərin gec silinməsi və ya kartın “black list”ə düşməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlər müşahidə olunur:

"Bu hallar əsasən texniki və əməliyyat xüsusiyyətləri ilə bağlıdır və birbaşa bankların günahı deyil. İstifadəçi kartında vəsait olmadığı halda metrodan və ya avtobusdan istifadə edərək turniketdən keçə bilər. Bu zaman sistem ödənişi dərhal silməyə bilər. Müəyyən müddət sonra - bu, 5 dəqiqə də ola bilər, bir neçə saat da - kartdan məbləğin silinməsi üçün cəhd edilir. Əgər kartda yenə vəsait yoxdursa, sistem gün ərzində bir neçə dəfə həmin məbləği tutmağa çalışır. Bu cəhdlər uğursuz olduqda, istifadəçinin kartı borclu hesab olunur və avtomatik olaraq “black list”ə daxil edilir. Bu addım sui-istifadə hallarının qarşısını almaq məqsədilə atılır. Belə ki, bəzi şəxslər bilərəkdən balansı olmayan kartla ödənişsiz keçid edə bilərlər. “Black list”ə düşən kartla artıq metro və ya “BakuBus” sistemində ödəniş etmək mümkün olmur. İstifadəçi sonradan karta istənilən məbləği - məsələn, 100 və ya 1000 manat - əlavə etsə belə, mövcud borc silinməyənə qədər həmin kartla keçid mümkün deyil. Bu vəziyyətdə istifadəçi üçün iki mümkün çıxış yolu mövcuddur. Birinci halda, müəyyən müddət gözləmək kifayət edir. Belə ki, sistem sonradan yenidən silinmə sorğusu göndərə və mövcud borc avtomatik şəkildə kartdan çıxıla bilər. İkinci halda isə istifadəçi birbaşa metroya və ya “BakuBus”a müraciət etməlidir. Müraciət zamanı kartda kifayət qədər vəsait olduğu bildirilməli və borcun silinməsi üçün sistem tərəfindən yenidən sorğu göndərilməsi xahiş olunmalıdır".

Bu məhdudiyyətin kartın ümumi bloklanması olmadığını deyən E.Mahmudov vurğulayib ki, kart digər ödənişlər üçün aktiv qalır və yalnız borcun yarandığı nəqliyyat sistemində məhdudlaşdırılır:

"Gecikmiş ödənişlər məsələsinə gəldikdə isə, bəzi hallarda ödəniş edildikdən sonra məbləğin balansdan çıxılması 6-8 saat və ya daha artıq vaxt apara bilər. Bu gecikmə nə kartı verən bankdan, nə də ödənişi qəbul edən bankdan qaynaqlanır. Ehtimal olunur ki, bu cür hallar metro və “BakuBus” sistemlərində aparılan texniki yeniləmələrlə bağlıdır. Bu problemlər istifadəçilər qədər nəqliyyat operatorlarını da narahat edir. Çünki gecikmiş və ya uğursuz ödənişlər nəticəsində maliyyə itkiləri yarana bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:409
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri