Icma.az
close
up
RU
Metroda son zamanlar baş verən texniki nasazlıqlar... Açıqlama

Metroda son zamanlar baş verən texniki nasazlıqlar... Açıqlama

Icma.az bildirir, Axar.az portalına istinadən.

Son günlər Bakı Metropolitenində texniki vəziyyətin əlavə yoxlanılması və plandankənar təmirə qaytarılması məqsədilə istismardan çıxarılan 3 qatarla bağlı araşdırmalar yekunlaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, fevralın 19-u metronun “Azadlıq Prokpekti” stansiyasında qeydə alınan hal maşinistin əlavə texniki baxışla bağlı müraciəti əsasında baş verib.

“Qatar “Dərnəgül” stansiyasının sərnişindaşımaya cəlb olunmayan yolunda texniki baxışdan keçirilib və zəruri ehtiyat tədbirləri görülüb. Hadisə pik saatdan əvvəl baş verdiyindən hərəkətə ciddi təsir olmayıb və interval fərqi qısa müddətdə aradan qaldırılıb. Digər iki hadisə isə nadir xarakter daşıyan texniki nasazlıqlarla bağlı olub, həmçinin Yaşıl və Qırmızı xətlərdə qısamüddətli interval artımınaşərait yaradıb. Bir halda “Nərimanov-Əhmədli” sahəsində təxminən 3 dəqiqəlik fasilə yaranıb, fevralın 24-də baş verən digər halda isə qatar depoya göndərilənədək “28 May-İçərişəhər” sahəsində 15 dəqiqəlik gecikmə qeydə alınıb. Qatar xətdən çıxarıldıqdan sonra hərəkət ən qısa müddətdə bərpa olunub. Araşdırmalar göstərib ki, hallardan birində işıqlandırma sisteminin, digərində isə elektrik qidalanma avadanlığının mühafizə sistemi işə düşüb”.

Qeyd edilib ki, bu mexanizmlər nasazlığın mümkün fəsadlarının qarşısını alan avtomatlaşdırılmış təhlükəsizlik sistemləridir və onların işləməsi təhlükəsizlik baxımından düzgün reaksiya hesab olunur. Bununla yanaşı nasazlığın ilkin səbəbləri araşdırılıb və əlaqəli sistemlər əlavə yoxlanılıb: “Nəticələrə əsasən 3-cü nəsil qatar tərkiblərində əlavə texniki baxışlar aparılıb, texniki nəzarət mexanizmləri gücləndirilib və məsul şəxslərlə bağlı müvafiq tədbirlər görülüb. Onu da qeyd edək ki, bütün qatarlara normativlərə uyğun vaxtında texniki qulluq göstərilir, təmir və ehtiyat hissələrlə təminatda problem mövcud deyil. Metro yüksək intensivliklə işləyən nəqliyyat sistemi olduğundan intervalda 1–3 dəqiqəlik dəyişiklik belə ictimai təsir yarada bilər. Hər üç hadisə zamanı operativ tədbirlər nəticəsində hərəkət qısa müddətdə bərpa edilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri