Icma.az
close
up
RU
Metroda tez tez baş verən gecikmələrin səbəbi nədir?

Metroda tez tez baş verən gecikmələrin səbəbi nədir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İctimai nəqliyyatda qiymətlərin dəyişməsinə baxmayaraq, paytaxtda nəqliyyat sıxlığı ilə bağlı vətəndaşların şikayətləri artıb.

Avtobuslarda sıxlıq və intervalların çoxalması səbəbindən sərnişinlər metroya üz tutur. Metro isə bu yükü qaldırmır və demək olar ki, hər gün nasazlıqlar qeydə alınır. 

Dünən səhər saatlarından etibarən metronun bütün stansiyalarında kəskin sərnişin sıxlığı müşahidə olunub, hətta "Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın “İnşaatçılar” və “28 May” tunelində dayanması vəziyyəti daha da gərginləşdirib.

Bəs metroda tez-tez baş verən dayanma və gecikmələrin səbəbi nədir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, bu cür halların olması normaldır, çünki Bakı şəhərində ən əsas yük metronun üzərindədir.

Onun sözlərinə görə, ictimai nəqliyyatda qiymətlərin dəyişməsinə baxmayaraq, avtobusların sayında artım olmayıb:

"Hazırda Bakı şəhəri üzrə xəttə buraxılan avtobusların sayı təxminən 2 - 2,5 min arasındadır. Bu rəqəm iki dəfə artsa, yəni 4-5 minə çatdırılsa, təbii olaraq intervallar azalacaq, avtobuslar daha tez-tez hərəkət edəcək və sərnişin sıxlığı da xeyli dərəcədə aradan qalxacaq. Bu, həyata keçirilməsi mümkün olan bir məsələdir.

Metro ilə bağlı vəziyyət isə daha fərqlidir. Metro bir neçə saat işləməsə, vəziyyət çətinləşər. Dünən Bakı metrosunda problem yaşanıb və bu cür hallar təəssüf ki, tez-tez təkrarlanır. Bunun əsas səbəbi metronun infrastrukturunun köhnə olmasıdır".

Nəqliyyat eksperti qeyd edib ki, metropolitenin ən mühüm infrastrukturu, təbii olaraq, onun stansiyaları və tunelləri ilə bağlıdır:

“Hazırda tunellər və xətlər bu qədər böyük sərnişin yükünü artıq daşımaqda çətinlik çəkir. Metronun səhər tezdən gecə saatlarınadək fasiləsiz işləməsi səbəbindən əsaslı təmir və baxış işləri yalnız gecə saatlarında aparılır. Lakin bu da bütün problemlərin tam həllinə imkan vermir və nəticədə bəzi hallarda nasazlıqlar qaçılmaz olur.

Ümumilikdə Bakı şəhərində əsas nəqliyyat yükü metronun üzərindədir, ikinci yerdə isə avtobuslar dayanır. Gələcəkdə sürət qatarlarının və yerüstü tramvay xətlərinin istifadəyə verilməsi bu yükün bölüşdürülməsinə kömək edə bilər.

Bundan əlavə, metro vaqonlarının mərhələli şəkildə yenilənməsi də problemlərin tədricən aradan qalxmasına səbəb olacaq. Mövcud vəziyyət şəhərin nəqliyyat yükü nəzərə alındıqda müəyyən mənada anlaşılandır və sistemli yenilənmələr olmadan bu cür halların yaşanması təəssüf ki, qaçılmazdır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Metro Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri