Icma.az
close
up
RU
Metroda hamının etdiyi bu hərəkətin səbəbi nədir?

Metroda hamının etdiyi bu hərəkətin səbəbi nədir?

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı metrosunda demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşmaq mümkündür: qatar gəlir, qapılar açılır, sərnişinlər düşmək istəyir, amma içəridə dayanan insanların bir qismi qapının qarşısından çəkilmir. Hətta vaqonun içində boş yer olsa belə, sərnişinlər qapının yanında dayanmağa üstünlük verirlər.

Bəs insanlar niyə məhz qapının ağzında dayanır?

“Yeni Sabah” xəbər verir ki, sərnişin davranışını araşdıran elmi tədqiqatlar bu vəziyyətin yalnız nəzakətsizlik və ya qaydalara əməl etməməklə izah olunmadığını göstərir. Burada rahatlıq, vaqondan tez çıxmaq istəyi, şəxsi məkan, izdihamın təsiri və digər sərnişinlərin davranışını təkrarlamaq kimi amillər rol oynayır. Metroya minən sərnişinin əsas məqsədlərindən biri təyinat məntəqəsinə çatdıqda vaqondan vaxt itirmədən çıxmaqdır. Bu səbəbdən bəzi insanlar əvvəlcədən qapıya yaxın dayanmağa çalışırlar. pizza sifarişi

Xüsusilə bir neçə dayanacaq sonra düşəcəyini düşünən sərnişin üçün qapının yanında qalmaq daha “təhlükəsiz” seçim kimi görünür. İnsan vaqonun ortasına keçdikdə növbəti dayanacaqda qapıya çatmaq üçün yenidən hərəkət etməli olduğunu düşünür. Bu isə paradoksal vəziyyət yaradır: hər kəs qapıya yaxın olmaq istədikcə vaqonun giriş-çıxış hissəsində sıxlıq artır.

İnsanlar boş yerə niyə keçmir?

Burada psixoloji amillərdən biri mənim üçün ən rahat yer haradır düşüncəsidir.

Sərnişin qapının yanında dayanarkən həm vaqona giriş-çıxışı, həm də növbəti dayanacağı daha rahat izləyə bildiyini düşünür. Vaqonun dərinliyinə keçmək isə insandan əlavə hərəkət etməyi və izdihamın içindən keçməyi tələb edir.

Üstəlik, insan ətrafındakı sərnişinlərin də qapıda dayandığını görəndə həmin davranış daha normal görünməyə başlayır. Yəni bir nəfərin qapıda dayanması digərlərinin də eyni yerdə qalmasına səbəb olur.

Bu, izdiham davranışında tez-tez müşahidə olunan mexanizmlərdən biridir: insanlar qeyri-müəyyən vəziyyətdə ətrafındakı şəxslərin hərəkətini özləri üçün davranış nümunəsi kimi qəbul edir.

Metro sərnişinlərinin minmə və düşmə prosesini araşdıran tədqiqatlarda qapı qarşısında sərnişinlərin qarşı-qarşıya hərəkət etməsinin vaxta və hərəkət sürətinə təsir etdiyi müəyyənləşdirilib. Araşdırmalarda sərnişinlərin qapı qarşısında nizamsız yerləşməsi və minənlərlə düşənlərin eyni anda hərəkət etməsi dar keçiddə “tıxac” yaradır.

Başqa sözlə, qapının qarşısında “özüm tez düşərəm” düşüncəsi ilə dayanan bir sərnişin əslində həm özünün, həm də digər insanların vaqona giriş-çıxışını ləngiir.

Metro vaqonunun qapısı sərnişin üçün bir növ “çıxış nöqtəsi”dir. Qapılar açıldıqda insanın diqqəti avtomatik olaraq həmin istiqamətə yönəlir.

Bu zaman iki fərqli axın yaranır: vaqondan düşənlər və vaqona minmək istəyənlər. Araşdırmalarda bu proses dar keçiddən iki istiqamətli piyada axını kimi təsvir edilir. Yəni problem sadəcə insanların bir-birinə mane olması deyil. Hər iki tərəf eyni anda eyni dar sahədən keçməyə çalışır. Bu səbəbdən metro mütəxəssislərinin diqqət yetirdiyi əsas məsələlərdən biri sərnişinlərin əvvəlcə düşməsi, daha sonra minməsidir. 

Bakıda xüsusilə işə və dərsə gediş-gəliş saatlarında metrodan istifadə edənlərin sayı artır. Belə vaxtlarda sərnişinlərin davranışı bir-birinə daha çox təsir edir.

Vaqonda sıxlıq artdıqca insanın “şəxsi məkan” imkanları da azalır. Sərnişin özünü daha rahat hiss etdiyi və çıxışa yaxın bildiyi nöqtəni seçir. Qapı ətrafında boşluq qalmadıqda isə yeni gələnlər də həmin sıx qrupa qoşulur.

Beləliklə, əvvəlcə bir neçə nəfərin qapının yanında dayanması qısa müddət ərzində kiçik bir izdihama çevrilir.

Mütəxəssislərin araşdırmalarından çıxan əsas nəticə sadədir: qapının qarşısında dayanmaq əvəzinə vaqonun içərisinə doğru irəliləmək, düşən sərnişinlərə yol vermək və qapının hər iki tərəfində keçid üçün boşluq saxlamaq sərnişin axınını sürətləndirir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri