Metronun iş saatı UZADILACAQ
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.
Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, oyun ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası "Bakı Metropoliteni"nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Baxış sayı:95
Bu xəbər 08 İyul 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















