Icma.az
close
up
RU
Metronun yeni stansiyaları harada yerləşəcək? Ərazilər AÇIQLANDI

Metronun yeni stansiyaları harada yerləşəcək? Ərazilər AÇIQLANDI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

Modern.az xəbər verir ki, yeni stansiyalarla bağlı bir sıra detallar məlum olub.

"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani "teleqraf.az"a açıqlamasında bildirib ki, 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq "Bakı Metropoliteni"nin 10 yeni stansiyası inşa olunmalıdır.

"Bu stansiyalardan 6-sı "Bənövşəyi" xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir. Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.

Bunlardan əlavə, növbəti stansiya "Port Baku" yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. "Ağ şəhər" layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.

Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.

Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək", - açıqlamada deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri