Icma.az
close
up
RU
Bakıda sürüşmə TƏHLÜKƏSİ Riskli ərazilər AÇIQLANDI

Bakıda sürüşmə TƏHLÜKƏSİ Riskli ərazilər AÇIQLANDI

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bakı, Abşeron yarımadası relyef etibarı ilə təpəlik ərazidir. Nisbətən təpəlik, yüksəklik olan ərazilərdə, onların yamaclarında sürüşmənin müşahidə edilməsi təbii haldır. 5- 6 aprel tarixlərində Abşeron yarımadasnda müşahidə edilən intensiv yağışlar bir sıra sürüşmə zonalarının aktivləşməsinə səbəb olub.
Bunu Bizim.Media-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitunun Landşaftşünaslıq və Təbiətdən istifadə şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Mirnuh İsmayılov bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə olan sürüşmə sahələrində nisbi aktivlik olsa da, çox da özünü biruzə vermədi:
“Sürşmələrin əmələ gəlməsi Bakının, Abşeron yarımadasının geoloji quruıluşu, süxurların tərkibi, yayların yatım istiqaməti və bir sıra digər geoloji hadisələrlə bağlı olan prosesdir. Bu vəziyyət yağıntıların intensivləşməsi ilə daha da aktivləşir. Xüsusilə, Abşeron yarımadası və Bakıda asfalt yollarının çəkilməsi, yolların genişləndirilməsi buna şərait yaradır.
Yolların genişlənməsi asfaltın altında nəmlik yaradır.  Bu da gələcək yağıntılarda yaylararası tarazlığın pozulmasına və sürüşmənin əmələ gəlməsinə səbəb olur. Bəzən asfaltda çatlar əmələ gəlir, bunun təbii və texniki səbəbi var. Bir də görürsən ki, bu çatlar vasitəsilə su asfaltın altına keçir və orada toplanır. Həmin toplanan su ətraf sahəyə, yamaclara doğru hərəkət edir, haradan çıxmalıdırsa, o hissədə sürüşmələr üçün şərait yaradır. Ona görə də asfaltda əmələ gələn çalalar, çatlar tez bir zamanda qapanmalıdır.
Asfalt örtüyü yeraltı suyu buxarlandıra bilən xarakterli olması daha yaxşı olardı. İndi dünyanın bir sıra ölkələrində daha müasir texnologiyalrla asfalt örtüyü çəkilir. Son zamanlar Vəlvələ çay dərəsində baş verən nəhəng sürüşmədə asfalt örtüyünün də, yağan yağışların da xeyli rolu olub”.
Şöbə müdiri qeyd edib ki, Bakının bir neçə ərazisi sürüşmə zonasıdır və riskli sahələr hesab edilir:
“Abşeron yarımadasında, Bakı ərazisində Masazırda, Binəqədidə, Əhmədli yaylasının yamacları aktiv sürüşmə sahələridir. Gəncə prospekti boyunca, Köhnə Günəşli yaylasının şərq və cənub-şərq meyilli yamaclarında kifayət qədər aktiv sahələr mövcuddur. İndi orada sürüşmənin olmaması o demək deyil ki, daha olmayacaq. Yəni aktivdi, riskli sahələrdir. Yeni Günəşli yaylasının Şərq və Cənub yamaclarında sürüşmə sahələri hazırda mövcuddur və təhlükəli sahə hesab olunur. Zığ sahəsinin yamacları da sürüşmə təhlükəli ərazilərdir”.
O, bəzi ərazilərdə sürüşmə-uçqun təhlükəsinin olduğunu vurğulayıb:
“Bu əsasən Badamdar yaylasının yamacları, Bayıl-Bibiheybət istiqamətində olan yamaclardır. Son yağışların intevsizləşdiyi dövrdə bu ərazilərin bəzisində sürüşmə müşahidə edildi. Xüsusilə, 20-ci sahədən Bibiheybətə gedən yolun sağ yamac hissəsində sürüşmə-uçqun müşahidə edildi, istinad divarları uçdu. Bəzi yamacların sürüşmə təhlükəli olduğunu adi gözlə də görmək mümkündür.
Çünki süxurlar aşınma materiallarından yarandığı üçün hərəkətə meyillidir və yağıntı yağanda su yığılır, hərəkət edir və bunun qarşısında istinad divarları da dayanmır. İstinad divarlarını yaradanda da diqqətli olmaq lazımdır. Abşeron və Bakı ərazisi sürüşməyə meyilli ərazilərdir.
Belə sahələrdə sürüşməyə qarşı ciddi tədbirlər həyata keçirilməlidir.
Elə olmaldır ki, yaşayış məntəqələrinə, yollara, insanlara ziyan dəyməsin. Mütəmadi monitorinqlər keçirmək və sürüşmələri müşahidə etmək lazımdır. Dövlət orqanları bu sahədə müəyyən tədbirlər görürlər, amma mütəmadi monitorinqlər də mütləqdir. Yamacların yaşıllaşdırılması, kökü dərinə işləyən ağacların, kolların əkilməsi ilə yamacda sürüşmənin qarşısını almaq mümkündür”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri