Icma.az
close
up
RU
Metroya milyonlar ayrılır Yeraltı nəqliyyatda sıxlığa SON?

Metroya milyonlar ayrılır Yeraltı nəqliyyatda sıxlığa SON?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakı metrosunda sərnişin sıxlığı, qatarların gözləmə müddəti və pik saatlarda yaranan problemlər uzun müddətdir gündəmdədir. Bu problemlərin həlli istiqamətində yeni layihə nəzərdə tutulur. Asiya İnkişaf Bankı Bakı metrosunun siqnalizasiya sisteminin yenilənməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon dollar kredit ayrılmasını təsdiqləyib. Layihənin əsas məqsədlərindən biri qatarlararası intervalları azaltmaq və sərnişindaşıma imkanlarını yaxşılaşdırmaqdır.

Bəs bu qədər böyük maliyyə vəsaiti metroda sıxlığın azalmasına nə vaxt təsir göstərəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanda bir çox sahəyə kredit ayırır və müxtəlif layihələrə dəstək göstərir, bu istiqamətlərdən biri də metropolitendir. Onun sözlərinə görə, bank dəmir yollarının inkişafına da maliyyə dəstəyi göstərib.

Ekspert hesab edir ki, Bakı metrosunun siqnalizasiya sisteminin yenilənməsi və rəqəmsallaşdırılması texniki problemlərin həllinə yönəlmiş addımlardır: “Lakin bu layihə metroda mövcud olan bütün problemləri aradan qaldırmaq üçün kifayət etmir. Metroda bütün problemlərin həlli onun daha da inkişaf etdirilməsindən, yeni metrostansiyalarının tikilməsindən keçir. Metro şaxələndirilməli, stansiyaların sayı indiki ilə müqayisədə ən azı iki dəfə artırılmalıdır".

Onun dediyinə görə, mövcud problemlərin bir ilə, yaxud beş ilə həll ediləcəyini düşünmək düzgün olmaz: "Bunlar uzunmüddətli perspektivdə həyata keçirilməli olan işlərdir və qısa müddətdə bütün problemləri aradan qaldırmaq mümkün deyil. Amma əsas məsələ odur ki, dövlətin bu istiqamətdə iradəsi və marağı var, problemlərin həlli üçün addımlar atılır. Asiya İnkişaf Bankının ayırdığı vəsait də müəyyən məsələlərin həllinə dəstək olacaq. Amma sərnişinlərin tam rahatlıq tapacağını, gündəlik gediş-gəlişdə hansı dəyişikliklərin baş verəcəyini indidən dəqiq demək çətindir”.

Ekspert deyib ki, burada söhbət, siqnalların həlli ilə bağlı texniki məsələlərdən gedir: “Rəqəmsallaşdırma və süni intellekt əsaslı texnologiyaların tətbiqi qatarlararası intervalların azaldılmasına və digər texniki problemlərin həllinə kömək edə bilər. Lakin bundan sonrakı mərhələdə də metronun inkişafı davam etdirilməlidir. Sərnişin sıxlığını aradan qaldırmaq üçün metro şəbəkəsi genişləndirilməli, yeni stansiyalar tikilməli və sərnişindaşıma imkanları artırılmalıdır”, – deyə Elməddin Muradlı bildirib./musavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri