Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

“Metsamor” ya partlayacaq, ya söküləcək

“Metsamor” ya partlayacaq, ya söküləcək

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyədən cəmi 16 kilometr, Azərbaycandan isə 120 kilometr məsafədə yerləşən AES güvənli əldə olmalıdır və Rusiya bu baxımdan etibarlı deyil.
Mütəxəssislərin fikrincə, 1976-cı ildə köhnəlmiş texnologiya əsasında inşa edilən və seysmik zonada yerləşən “Metsamor” Atom Elektrik Stansiyası (AES) ətraf mühit və insan sağlamlığı üçün ciddi risk mənbəyidir. Stansiya Çernobılda istifadə olunan analoji texnologiya ilə tikilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir. Bu amil “Metsamor”u regionun ekoloji təhlükəsizliyi baxımından davamlı təhdidə çevirir.
Mümkün qəza halında fəsadların təkcə Ermənistanla məhdudlaşmayacağı, bütün Cənubi Qafqazı və hətta Yaxın Şərq ölkələrini əhatə edəcəyi proqnozlaşdırılır. Təsadüfi deyil ki, AES Türkiyə sərhədlərindən cəmi 16 kilometr, İran sərhədlərindən 60 kilometr, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 kilometr məsafədə yerləşir.
“Metsamor” AES-in birinci və ikinci nüvə reaktorları 1989-cu ildə baş verən Spitak zəlzələsindən sonra dayandırılmışdı. Lakin Ermənistan hökuməti enerji çatışmazlığını əsas gətirərək, beynəlxalq ictimaiyyətin çağırışlarına və kəskin tənqidlərinə baxmayaraq, 1995-ci ildə ikinci reaktorun fəaliyyətini bərpa etdi. Hazırda isə istismar müddəti başa çatan stansiya müvafiq təhlükəsizlik standartlarına tam əməl olunmadan, hətta daha yüksək güclə işlədilir.
Bu kontekstdə diqqətçəkən məqamlardan biri də ABŞ-nin məsələ ilə bağlı mövqeyidir. Belə ki, 2025-ci ilin avqustunda Ağ Evdə ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkürünü əks etdirən maraqlı paylaşım etmişdi. Tramp bildirmişdi ki, ABŞ administrasiyası Ermənistan üçün nüvə sahəsində “gözəl bir müqavilə” hazırlayır. Söhbət birbaşa yeni AES tikintisindən deyil, daha çox texniki dəstək, kiçik modul reaktorlar (SMR) və təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedir. Bununla belə, bu açıqlama Vaşinqtonun Ermənistanın nüvə sektoruna artan marağının açıq siqnalı kimi qiymətləndirilir.
Xatırladaq ki, ABŞ ilə Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında da nüvə enerjisi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Rəsmi açıqlamalara görə, amerikalılar “Metsamor” AES-də elektrik enerjisi istehsalının gələcəkdə kiçik modul reaktorlarla əvəzlənəcəyini vəd ediblər. Ermənistanın Rusiyanın “enerji asılılığından” xilas olmaq üçün “Metsamor”dan ABŞ-nin  xeyrinə imtina edə biləcəyi barədə iddialar yeni deyil. Məlumata görə, Vaşinqtonun bu istiqamətdəki marağı təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır, həm də regionda geosiyasi məqsədlər daşıyır.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “Metsamor” AES Rusiyanın nəzarəti altındadır və uzun müddətdir ki, təmir olunmur. Onun sözlərinə görə, Cənubi Qafqaz böyük fəlakətlə üz-üzədir: “Ermənistanın nə büdcəsi, nə də əlində olan resurslar imkan verir ki, AES-də mütəmadi təmir işləri aparılsın. Oradakı nüvə qalıqları Rusiya ərazisinə aparılıb basdırılır. ABŞ bütün bunları nəzərə alıb, təhlükəsizlik baxımından belə bir açıqlama verdi ki, biz həmin AES-lə bağlı öz təkliflərimizi verə və yardımçı ola bilərik. Güman edirəm ki, "Tramp yolu" layihəsi həllini tapdıqdan sonra ABŞ ilə Ermənistan arasında əməkdaşlıq daha da güclənəcək.
Lakin unutmayaq ki, hazırda Ermənistanda Rusiyanın 102-ci bazası var. Qarabağ klanı Paşinyana müxalif mövqedədir. Onlar uzun müddət Rusiyanın adamları kimi hakimiyyətdə olublar. Onlar bəzi məqamlarda bir çox əngəl törədə bilirlər. Paşinyan da baxmayaraq ki, açıq şəkildə qərbyönümlü siyasət yürüdür, hələ də Rusiyadan asılılıq var. Ermənistanın böyük şirkət və müəssisələrini Rusiya uzun müddətli müqavilə ilə alıb. Paşinyan isə bunların qaytarılması istiqamətində müəyyən addımlar atır. İndiki Ermənistan hakimiyyəti dərk edir ki, “Metsamor” AES də Rusiyanın nəzarətindən çıxarıla və təhlükəsiz vəziyyətə gətirilə bilər. Bu məsələdə ABŞ-nin yardımçı olmağına daha çox üstünlük verilir.  Hesab edirəm ki, gələcəkdə Ermənistanda hakimiyyətdə hər hansısa bir dəyişiklik olmasa, hissə-hissə bu istiqamətdə addımlar atılacaq. Çünki AES-i Rusiyanın nəzarətində saxlamaq  region və bəşəriyyət üçün böyük təhlükədir. Ermənistan bunu çox gözəl başa düşür. Ona görə də sülh müqaviləsi imzalandıqdan sonra ABŞ ilə Ermənistan arasında ciddi iş birliyi olacaq".
Ekspert bildirir ki, Nikol Paşinyan Ermənistanda Rusiyanın nəzarətində olan obyekt və müəssisələrin inteqrasiyasını tədricən ABŞ-yə yönəldib: “AES hazırda tam şəkildə Rusiyanın nəzarəti altındadır. Bu nəzarətin Rusiyadan çıxması bütün regionun xeyrinə olar. Bu AES böyük təhlükədir. Onu vaxtaşırı təmir etməsələr, nəzarətə götürməsələr, ikinci Çernobıl baş verər. "Metsamor" güvənli əldə olmalıdır. Rusiya isə bu baxımdan etibarlı deyil. Bunu Ermənistanda hər kəs başa düşür. ABŞ-nin maliyyə imkanları böyükdür. Güman edirəm ki, bu ölkə Rusiyaya dəymiş ziyanı ödəyib və qoyduğu pulu özünə geri qaytarıb AES-ə nəzarəti götürə bilər.  Eyni zamanda Ermənistan tam şəkildə Rusiyadan imtina edə bilər. Hər bir halda bu, Ermənistanın özündən asılıdır. Hazırkı Ermənistan hakimiyyəti o istiqamətdə addımlar atır. Lakin hakimiyyət dəyişikliyi olarsa, ruspərəst qüvvələr  vəziyyəti dəyişə və razılaşma pozula bilər".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri