Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Meydan TV işi” ilə bağlı yeni faktlar Qonorarlar necə göndərilib?

“Meydan TV işi” ilə bağlı yeni faktlar Qonorarlar necə göndərilib?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV”nin Azərbaycan ofisinin idarəçiliyini həyata keçirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “Meydan TV”nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova (Aynur Elgünəş) və digər 6 əməkdaşı həbs edildikdən sonra Almaniyadakı baş ofis tərəfindən “Meydan TV”nin idarəçiliyi Şəmşad Ağayevə həvalə edilib. Şəmşad Ağayev buna qədər “Toplum TV” və III Respublika Platforması, daha sonra isə “Meydan TV” ilə əməkdaşlıq edib.
Almaniyadakı ofisdən ona həbs edilmiş əməkdaşların əvəzinə yeni işçilərin tapılması tapşırılıb.

“Meydan TV”nin yeni əməkdaşları kimlər olub?

Şəmşad Ağayev qısa müddətdə Kamran Mahmudov (Turan İnformasiya Agentliyinin direktor müavini), Nurlan Qəhrəmanlı (Nurlan Libre), Fatimə Mövlanova, Gülzar Məmmədli, Günel İsayeva və digərlərini işə cəlb edib. Onlarla birgə hazırladığı materialları yayımlamaq üçün “Meydan TV”nin Almaniya ofisini idarə edən Orxan Məmmədova göndərib.

Şəmşad Ağayev mütəmadi olaraq “Meydan TV”nin direktoru Metyu Kasper və Almaniyada olan digər əməkdaşlar- Orxan Məmmədov, Ömər Məmmədov, Həbib Abdullayev (Həbib Müntəzir) və digərləri ilə “Signal” və başqa tətbiqlər üzərindən əlaqə saxlayıb.

Şəmşad Ağayevin “Telegram” mobil tətbiqində Kamran Mahmudovla apardığı müzakirələrdən görünür ki, “Meydan TV”də bu il fevralın 4-də paylaşılmış “Məhbuslara qarşı mülksüzləşdirmə” materialı Almaniya ofisində çalışan Orxan Məmmədovla birgə hazırlanıb.

Bundan başqa, Ş.Ağayev bu il fevralın 3-də “Meydan TV”də paylaşılmış “COP29 keçirən ölkədə ekoloji problemlər və xəstəliklər” başlıqlı məqaləni redaktə etdikdən sonra paylaşılması üçün Kamran Mahmudova göndərib.

Şəmşad Ağayev və “Meydan TV”nin digər əməkdaşları Aytən Həsənova, Kamran Mahmudov, Həbib Müntəzir, Orxan Məmmədov, Ömər Məmmədov və Gürcüstan üzrə nümayəndə Sevda Səmədova ilə birgə “Telegram”da yaratdıqları qrupda ölkəmizlə bağlı hazırlanacaq qərəzli məqalələr barədə müzakirə aparıblar.

Qonorarlar necə göndərilib?

Şəmşad Ağayev “Meydan TV” üçün material dərc edən Günel İsayevaya 435 AZN qonorar göndərib. Bu vəsait Günel İsayevanın bacısı qızı Aidə Əhmədovanın bank hesabına köçürülüb.

“Meydan TV” əməkdaşlarının xərclərini kimlər qarşılayır?

“Meydan TV”nin heyətinin bütün xərcləri donorlar tərəfindən qarşılanır. Əldə olunan məlumatlar göstərir ki, onların ölkədən kənarda mütəmadi görüşləri təşkil olunur. Şəmşad Ağayev də xaricdə bu media resursunun digər ölkələrdə fəaliyyət göstərən nümayəndələri ilə mütəmadi görüşüb.

“Amerikanın səsi”nin müxbirinə niyə təzyiq olunur?

Şəmşad Ağayevin hazırda “Amerikanın səsi” media resursunda işləyən Samirə Əliyevaya istintaqa doğru ifadə verdiyinə görə təzyiq göstərdiyi müəyyən edilib. Aparılan danışıqlardan görünür ki, Şəmşad Ağayev Samirə Əliyevanı istintaqda yalan ifadə verməyə təşviq edir.

“Hər şeyi hamımız çox yaxşı bilirik, amma özünüzü doğruluq, dürüstlük abidəsi kimi qələmə verirsiniz”, - deyə, Samirə Əliyeva bildirir.

“2vur2 Media” layihəsində nələr müzakirə olunub?

Şəmşad Ağayev 2023-cü ildə “Clubhouse” tətbiqi üzərindən fəaliyyət göstərən “2vur2 Media” onlayn ictimai müzakirə platformasında “Media və söz azadlığı” ilə yanaşı 10 mövzunun müzakirə olunduğu layihədə ödəniş müqabilində redaktorluq edib. Bu layihədə, həmçinin xaricdə yaşayan jurnalist Elməddin Şamilzadə (Elmi Shamilon), Həbib Müntəzir, redaktor kimi “Time TV”nin rəhbəri Emil Cəfərov, dizayner olaraq “Amerikanın səsi”nin jurnalisti Ülviyyə Quliyeva (Ülviyyə Əli) iştirak ediblər.

Elməddin Şamilzadə “2vur2 Media” ilə əlaqədar yaradılmış “Telegram” qrupunda layihədə işlənilməsini təklif etdiyi mövzuların siyahısını göndərib. Mövzular arasında LGBT+ haqları və onların siyasətdə təmsilçiliyinin də olması diqqəti cəlb edir.

Nurlan Libre Almaniyadan sığınacaq gözləyir

Əldə olunan məlumata görə, sonuncu bələdiyyə seçkilərində xüsusi fəallıq göstərərək seçki məntəqələrindən təxribat xarakterli videolar hazırlayan Nurlan Qəhrəmanlı (Nurlan Libre) da həmin materialları paylaşılması üçün Şəmşad Ağayevə göndərib. Nurlan Librenin Azərbaycanda guya “təzyiq və zorakılıqlara” məruz qaldığını əsas göstərib, Almaniyaya siyasi sığınacaq üçün müraciət etdiyi müəyyən edilib.

“​Meydan TV” ilə bağlı sonuncu kimlər həbs olunub?

Şəmşad Ağayev bu il fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Şəmşad Ağayevlə birlikdə “Toplum TV”nin baş redaktoru işləmiş Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Şahnaz Bəylərqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Buna qədər isə “Meydan TV”nin Azərbaycan ofisinin rəhbəri Aynur Qəmbərova (Elgünəş) və daha 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri