Meydana sanki yuxulu çıxmışdıq və bu bizə baha başa gəldi Ferran Torres
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Çempionlar Liqasının yarımfinal mərhələsinin Kataloniyada baş tutan ilk oyununda "İnter"lə 3:3 hesablı heç-heçə edən "Barselona"nın yarımmüdafiəçisi Ferran Torres matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Meydana sanki yuxulu çıxmışdıq və bu bizə baha başa gəldi. İndi cavab qarşılaşması ərəfəsində buraxdığımız səhvlərdən dərs çıxarmalıyıq. Çempionlar Liqasının yarımfinal oyununda hər şeyi standart vəziyyətlər də həll edə bilər. Onlar evdə çox güclüdürlər.
Lamin Yamal? Onun çıxışı bizi təəccübləndirmədi. Yamal oyuna xüsusi şəkildə köklənmişdi. Lamin həlledici futbolçudur.
Mənim qoluma gəlincə, komandama kömək etdiyim üçün şadam".
Torres sözügedən görüşün 38-ci dəqiqəsində komandasının 2-ci qoluna imza ataraq hesabı 2:2 edib.
Tərəflərin cavab qarşılaşması mayın 6-da baş tutacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 May 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















