Icma.az
close
up
RU
“Meydanda yığılan pulun 70 faizini Rəsulun əlindən alıblar, özünü də qorxudublar ki, bu məsələni Nemətə desən...”

“Meydanda yığılan pulun 70 faizini Rəsulun əlindən alıblar, özünü də qorxudublar ki, bu məsələni Nemətə desən...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bəli, mənim də təhlillərimə görə, “KQB”-nin də araşdırmalarına əsasən meydanda həqiqətən də 10 milyondan çox pul yığılıb..."

“Mən mitinqlər zamanı 3-4 gün  ərzində tribunadan xalq müraciət etmişəm və aydın şəkildə bildirmişəm ki, meydanda pul yığılması bizə qarşı təxribatdır. Bu, bizi, xalq hərəkatını ləkələmək məqsədi güdür. Həbs olunandan sonra isə eyni fikirləri “KQB” müstəntiqlərinə də demişəm...”

"Rəsulun həyat yoldaşı bir gün bir HÜZR yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edib. O sənə xəyanət etməyib, o yığılan pulun 70 faizini Əbülfəz bəyə verib..." 

17 noyabr-5 dekabr1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik:

“Kitabın bu epizodunda diqqəti cəlb edən məqamlardan biri də rayonların partiya komitələrinin 1-ci katiblərinin Meydan üçün yığdıqları pulun Nemət Pənahovun adamına çatdırılmasıydı…Çox maraqlıdır ki, televiziya ilə rəsmi çıxışlarında Meydana toplaşanları ekstremist qüvvələr adlandıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərləri nədən bir zavod fəhləsinin yaratdığı fonda rayonlardan, həmçinin idarə, müəssisə, ali məktəb, fabrik, zavodlardan və s. pul toplanmasına imkan verirdi?”

Moderator.az-a açıqlamasında Nemət Pənahlı bu suala belə cavabb verib:

“Burada səhv edirsiniz, yanlış deyirsiniz (Cavabında bir daha həmsöhbətimizin nəzərinə çatdırırıq ki, bu faktlar istintaq materiallarında var). Mən mitinqlər zamanı 3-4 gün  ərzində tribunadan xalq müraciət etmişəm və aydın şəkildə bildirmişəm ki, meydanda pul yığılması bizə qarşı təxribatdır. Bu, bizi, xalq hərəkatını ləkələmək məqsədi güdür. Həbs olunandan sonra isə eyni fikirləri “KQB” müstəntiqlərinə də demişəm. İstintaq materiallarında bu da var. Və təbii ki, artıq meydana rəhbərlik etdiyimə görə pul yığılmasında da mənim adım hallanırdı. Hətta mənim adıma rayonlardan poçtla da pul göndərilirdi.  Yəni mənim adım hallandırıldığına və məsuliyyət mənim üzərimdə olduğuna görə, bu kampaniyanın qarşısını ala bilmədiyimə görə onda ən çox etibar etdiyim, ən çox inandığım adam olaraq Rəsul Ələkbərova tapşırdım bu işi. Onu oturtduq bir çadırda və camaata da müraciət etdim ki, pul vermək istəyən yalnız Rəsula versin. Və bəli, ondan sonra pul əsasən Rəsula verilib. Ancaq  məsələ ondadır ki, orada Firudin Cəlilovun başçılığıyla nümayiş komitəsi də pul yığırdı,  digərləri də pul yığıbdı. Onlardan heç birinin adı hallandırılmır. Və bu məsələlərlə bağlı mən dəfələrlə müsahibələrimdə hesabat vermişəm. Bəli, mənim də təhlillərimə görə, “KQB”-nin də araşdırmalarına əsasən meydanda həqiqətən də 10 milyondan çox pul yığılıb... Ancaq mən türmədə olanda sonradan bildim ki, ən şox etibar etdiyim, inandığım, yaxın dostum və adamım olan həmin Rəsul Ələkbərovun əlindən yığılan pulun 70 faizini kimlərsə alıb. Bir az da qohum-qardaşına verib. Uzun sözün qısası, mən türmədən çıxandan sonra mənə cəmi 40 min manat pul veriblər. O zaman biz şoka düşdük. Bundan sonra da biz hətta həmin Rəsulu hədələmişik, öldürmək istəmişik ki, o boyda pulu neyləmisən –danıbdı. O vaxt Əbülfəz bəy də imkan vermədi ki, biz Rəsulu cəzalandıraq. Mənə dedi ki, ayıbdır, sən bu məsələni qaldırma, o boyda möhtəşəm hərəkat olubdur- pul söhbəti ilə onu gözdən salmayaq...

Ondan sonra, Heydər Əliyev hakimiyyətə gəldikdə və mənə də vəzifə verildikdən sonra yenə də bu məsələni aydınlaşdırmağa çalışdım. Onda Rəsul qaçıb getdi Qazaxıstana. Çünki bilirdi ki, mən ondan əl çəkən deyiləm.  O zaman mən bir neçə dəfə də bu mövzuda müsahibələr verdim. Həmin Rəsulun həyat yoldaşı bir gün bir hüzr yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edib. O sənə xəyanət etməyib, o yığılan pulun 70 faizini Əbülfəz bəyə verib. Qalanını da dayısı aldadıb əlindən alıb. Bir hissəsini də orda pul yığanlar talan elədi. Bundan sonra Rəsulun da özünü hədələyiblər ki, bu məsələni Nemətə desən, səni öldürəcəyik. Yəni onun həyat yoldaşı dedi ki, Rəsul sənə xəyanət etməyib. İndi, o nə dərədəcə düz deyir, nə dərəcədə səhv deyir- Allah bilir...

Bir daha xatırladıram ki, Meydan hərəkatı vaxtı Firudin Cəlilovun başçılığıyla “nümayiş komitəsi” də pul yığırdı, Bəhlul Sultanlıya, Vurğun Əyyuba da pul verilirdi. Xalq hərəkatı nəticəsində bir çox cəmiyyətlər və təşkilatlar da meydana çıxdı. Məsələn, “Oayğı” cəmiyyəti yarandı- xalqın arasında böyük hörmətə malik olan Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, İmam Mustafayevi qoydular onun başına, reklam etdilər və xalq tərəfindən külli miqdarda pul yığıldı həmin quruma. Ondan sonra Qarabağa Yardım Cəmiyyəti yarandı - eyni qaydada... Bundan əlavə, Xalq Cəbhəsi yarananda Yusif Səmədoğlunun adına rəsmən fond yaradılıb, hesab açılıb və xalqa müraciət edilib ki, oraya pul köçürülsün. Özü də o vaxtlar- 1989-cu ildə milli azadlıq hərəkatının zirvə mərhələsində... O fonda da milyonlarla pul yığıldı... Ancaq maraqlıdır ki, bu günə qədər adı pul yığmaqda  hallandırılan yeganə şəxs mənəm. Məqsəd yalnız məni ləkələmək olub. Aradan 37 il keçibdir. Mənim Azərbaycan xalqının dünyanın bir nömrəli xalqı elan edilməsinə və son nəticədə də imperiyadan ayrılıb müstəqil dövlət olmağımıza səbəb olan milli azadlıq hərəkatını başlatmağım kimi xidmətlərinm unudulub, yalnız pul məsələsi yadda qalıb... Guya mən hələ də o pulların hesabına yaşayıram... Sadəcə insanlarda analitik təfəkkür olmalıdır ki, bu baş verənlərin hamısını təhlil edib obyektiv nəticə çıxarsınlar...” 

Qeyd:
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri