Icma.az
close
up
RU
Meydanı “görməyən” oyunçu məğlub olmalıdır

Meydanı “görməyən” oyunçu məğlub olmalıdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Yaxud, yüzlərlə məscidi dağıtmış ermənilər indi “namaz otağı” tikirlər 

Dünya futbol tarixində silinməz izləri olan Valeri Lobanovskinin  (o, futbolçu karyerasını bitirdikdən sonra, baş məşqçi olaraq, “Dinamo” Kiyev  komandası ilə 2 dəfə UEFA Kubok Qaliblərinin Kubokunu, 1 dəfə UEFA Super Kubokunu qazanmış,  1988-ci ildə SSRİ  yığma komandası ilə Avropa Çempionatında ikinci yeri tutmuşdur) çox maraqlı seleksiya (oyunçu seçimi) prinsipi  var idi. 

İdman mütəxəssisləri yazırlar ki, Lobanovski bəzən sağlam,  güclü, sürətli, dəqiq zərbə vura bilən gəncləri də komandaya qəbul etmirmiş. Komandadakı yaxınları bunun səbəbini soruşanda mütəxəssis maraqlı fikir səsləndiribmiş: “Oyunçu saniyənin birinci yarısında meydanı görməli, ikinci yarısında isə qərar qəbul etməlidir. Futbolçu bu dar macalda komanda yoldaşlarının da harada ötürmə gözlədiyini sezməli, rəqib oyunçuların da harada boşluq verdiyini müəyyən etməlidir. Əks –təqdirdə ötürməsi mənasız ollacaq. Yəni meydanı “görməyən” oyunçu məğlub olmalıdır”. 

... Son otuz ilin təcrübəsi göstərir ki, Valeri Lobanovskinin həmin arqumenti siyasət aləmi üçün də keçərlidir. Biz bu tezisin təsdiqini Ermənistan rəhbərlərinin ( yəni tək Nikol Paşinyanın yox) siyasət meydanındakı korafəhimliyi zamanı aydın  gördük. İşğalçı ölkəyə rəhbərlik edənlər, sözün həqiqi mənasında, siyasət meydanını görə bilmədilər və bu “korluq” nəticəsində heç zaman düzəldə bilməyəcəkləri səhvlərə yol verdilər. Bu barədə bir az sonra. 

Mərhum diplomat Vəfa Quluzadə dəfələrlə demişdi ki, Hitler Almaniyası Ukrayna,  Polşa və  Belarusu, eləcə də Rusiyanın bəzi yerlərini işğal edəndən sonra həmin ərazilərin hamısında məktəblər, mədəniyyət, idman, səhiyyə müəssisələri və kilsələr tam gücü ilə fəaliyyət göstərirdi. Təbii ki, SS-çilərin və Gestaponun nəzarəti altında. Yəni yəhudilər istisna olmaqla heç kəs yaşadığı yerdən qovulmamış, dağıntıya yol verilməmişdi. Ermənilər isə işğal etdikləri ərazilərdə soyqırımı törətməklə yanaşı, nəinki hansısa yaşayış binası və ya ictimai obyektin, hətta ağacların da ayaq üstdə qalmasına imkan verməyiblər. Bu isə faşistlikdən yox, barbarlıqdan, vəhşilikdən, qəbilə təfəkkürü ilə yaşamaqdan qaynaqlanırdı. 

Bu barbarlar siyasət meydanında öz “komanda yoldaşlarının” hayanda dayandığını, rəqiblərin haradan hücum edəcəyini anlaya bilsəydilər müsəlmanların yüzlərlə məscidini, müqəddəs məkanlarını və qəbirstanlıqlarını dağıtmazdılar. Vaxtında belə barbarlığa yol verməsəydilər indi  ayağına düşüb kömək dilədikləri İslam dünyasının yanında bu dərəcədə rəzil görünməzdilər. 

İrəvan rəhbərliyi indi gündə iki dəfə Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu deyir, Türkiyə ilə sərhədlərin açılması üçün yalvarır, Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıqdan ötrü dəridən-qabıqdan çıxır. Təbii ki, onların səmimiyyətinə inanmaq mümkün deyil. Yüzlərlə məscidi dağıtmış, müsəlman ibadətgahlarında donuz saxlamış murdar insanlara hansı türk, qazax, özbək... inanar? Deməli, erməni başbilənləri həqiqətən meydanı görə bilməyiblər və ona görə də məğlubiyyətə məhkumdurlar. 

Ancaq son zamanlar bu iyrəncliklərinin törətdiyi fəsadları başqa addımlarla kompensasiya eləmək istəyirlər. Rəsmi İrəvan açıq şəkildə bəyan edir ki, biz ərəb bazarına çıxmalıyıq. Yəni ərəb ölkələrindən çoxlu turist dəvət etməliyik. Təbii ki, ərəbin turist kimi getdiyi ölkədə axtardığı ilk ünvan məscid olur. Erməni vəhşiləri isə bu qədim Azərbaycan torpaqları olan Ermənistanda məscidlərin daşını daş üstündə qoymayıblar. Bəs çıxış yolu nədədir?

Kütləvi informasiya vasitələri yazırlar ki, Ermənistan İqtisadiyyat Nazirliyi yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan mehmanxana biznesinin nümayəndələri ilə görüşdə onlara ölkə hotellərində müsəlmanlar üçün ibadət otaqlarının açılmasının zəruriliyi barədə tapşırıq verib. “Hraparaq” qəzeti yazır ki, Gevorkyan turizm sektorunun nümayəndələrinə müsəlman turistlərin namaz qılmaları üçün hotellərdə otaqlar ayırmağı tapşırıb. Əks halda hotellərin lisenziyalarını itirəcəyini bildirib. Gevorkyan bu addımlarını  Ermənistanın ərəb bazarına çıxmaq istəməsi ilə əsaslandırıb.

Kütləvi informasiya vasitələri  Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibinə istinadən  bildirir ki, İran körfəzi ölkələrindən gələn qonaqların “halal” etiketli qida ilə təminatı və ibadət yerlərinin təc-
hiz edilməsi mühüm məsələ kimi  gündəliyə gətirilib. Bu, təkcə absurd və ya  gülünc deyil, həm də iyrəncdir. Çünki erməniləri yaxşı tanıyanların düşüncəsinə görə : Ermənistan hara, halallıq hara?

Doğrudan da, meydanı görməyən oyunçu sonda məğlubiyyətə məhkumdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri