Meydanı yaxşı nəticə ilə tərk etmək istəyirik
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hər iki komanda üçün vacib oyundur. Rəqib komandanın da matça çox ciddi hazırlaşdığını bilirəm. Ümumi nəticəyə baxsaq, turnir cədvəlində xal fərqimiz çox azdır”.
Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində İsveçdə “Elfsborq” klubu ilə keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis sabah səliqəli oyun oynamaq istədiklərini bildirib: “Yaxşı nəticə ilə meydanı tərk etmək istəyirik. Oyuna da pis hazırlaşmamışıq. Biz xal qazanmaq gücündəyik. Sabah qarşımızda çox intizamlı komanda olacaq. Ona görə də daha çox güc sərf etməliyik. Diqqətli oynayıb yaxşı nəticə əldə edə bilərik”.
Baş məşqçi komandadakı itkilər barədə də danışıb: “Müdafiə xəttində itkilərimiz var. Bəhlul Mustafazadə və Kevin Medina sabah oynaya bilməyəcəklər. Təbii ki, bu sadəcə görünən tərəfdir. Digər bəzi futbolçularımızın da zədələri var. Sabah yenə həkimlərlə məsləhətləşdikdən sonra yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, dekabrın 13-də “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Dekabr 2024 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















