Icma.az
close
up
RU
Meymunçiçəyi ölkəmizə də yol tapdı

Meymunçiçəyi ölkəmizə də yol tapdı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Turistlər və xarici vətəndaşlar yoluxma mənbəyi sayılır

Azərbaycanda meymunçiçəyi aşkarlanıb. Bu barədə mediaya Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı açıqlamada deyilir.

Qeyd edilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın 2-dən 11-dək xarici ölkələrdən birinə turist olaraq səfər edib. Səyahətdən döndükdən bir neçə gün sonra özündə halsızlıq, hərarət, qarından aşağı nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə edib. O, həmin əlamətlərlə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. 

Məlumatda bildirilir ki, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmasından şübhələnib, anamnez toplayıb. Onun digər ölkəyə səfəri müəyyən olunub və səfər zamanı səpkili şəxslə əlaqəsinin olduğu aydınlaşıb. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. 

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə, onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. 

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, dünyada mey munçiçəyi virusunun aşkarlandığı ölkələrin və yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı artıb. Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. 

Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.

İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21–40 yaş arası kişilər olub. 

Virusun başlıca fərqi ondadır ki, infeksiya endemik olmayan ölkələrdə yaşanır, yəni Afrika qitəsində deyil, Avropa və s. ölkələrdə yayılır. Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, Belçika, İsveç və İspaniya da daxil olmaqla bəzi ölkələrdə yoluxma halları müəyyən edilib. 

Meymunçiçəyi virusunun daha çox kiçik yaşlı uşaqlar arasında yayıldığı və ağır keçdiyi güman edilir. Amma böyüklər də bu infeksiyaya yoluxurlar.

Tibb elmləri doktoru, “XQ”nin tibb üzrə eksperti Musa Qəniyev isə bildirib ki, virus əsasən, heyvandan insana keçir. Amma insandan insana yoluxma halları da müşahidə olunur:

 – Bunu virusun insandan insana yoluxmasında əsas yolun təmas – qucaqlaşmaq, öpüşmək, intim yaxınlıq olduğunu söyləyən ÜST ekspertlərinin ortaq qənaəti də təsdiq edir. İddia olunur ki, intim yaxınlıqda yoluxma riski, hətta xəstəlikdən sağaldıqdan sonra 12 həftə müddətində də saxlanılır. İnfeksiyaya gəlincə, deyə bilərik ki, hazırda dünyada bu virusa yoluxma 0,0006 faiz, ölüm halı isə, 0,00002 faiz nisbətindədir. Yəni bu virusun endemik ocağından xaric, dünyada, hətta, epidemiya törətmək ehtimalı belə yoxdur.

Xəstəliyin inkubasiya dövrü 5–21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2–4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır. 

Professor əlavə edib ki, ölkəmizdə xarici ölkə vətəndaşları işləyir, təhsil alırlar. Eyni zamanda, vətəndaşlarımız xarici ölkələrə ezamiyəyə, təhsil üçün, səyahət məqsədli səfərlər edə bilərlər. Və hər hansı virusun ölkəmizdə aşkarlanması təəccüblə qarşılanmamalıdır. Həkimin tövsiyələri və göstərişlərinə əsasən, yoluxan şəxs 15–20 günə öz sağlamlığına qovuşur.

Zərifə BƏŞİRQIZI

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri