Icma.az
close
up
RU
Avropada meymunçiçəyi fəallaşıb

Avropada meymunçiçəyi fəallaşıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən il baş qaldırıb sonra səngiyən meymunçiçəyi yenidən Avropada görünüb.

Xarici mətbuatın yaydığına görə, Fransa Səhiyyə Nazirliyi ölkədə virusun “Clade1b” ştammına ilk yoluxma olduğunu qeydə alıb. Yoluxma Bretan regionunda olub.

Deyilənə görə, xəstə ölkədən kənarda olmayıb. Lakin Afrikadan qayıtmış 2 insanla ünsiyyətdə olub. Hazırda onunla təmasda olanların kimliyi araşdırılır.

“Clade” ştammı Konqoda bu yay 
alovlanıb. Virusun əlamətləri titrəmə, səpmə, dəridə qaşınma, qızdırmadır. Virus cinsi əlaqə və bədən təması ilə keçir. Haqqında söhbət açılan ştam, meymunçiçəyinin ağır variantıdır. Onun insana yoluxması ilə bağlı Hindistan, Britaniya və Almaniya da məlumat vermişdi. 

Rusiyalı alim Aleksandr Ginzburq bildirib ki, məhz mutasiyalar meymunçiçəyinin yalnız təmasla deyil, həm də hava-damcı yolu ilə yoluxmasına səbəb olacaq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri