Meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti açıqlandı RƏSMİ
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.
Bakupost.az xəbər verir ki, bu barədəTƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda həmin şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır.
Səhiyyə Nazirliyindən isə sorğumza cavab olaraq bildirilib ki, ölkə ərazisində meymunçiçəyi virusuna yeni yoluxma halı qeydə alınmayıb.
Qeyd edək ki, 4 gün əvvəl Səhiyyə Nazirliyi və TƏBİB 22 yaşlı Azərbaycan vətəndaşında meymunçiçəyi virusunun aşkarlanması ilə bağlı birgə məlumat yaymışdı. Həmin şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi deyilirdi. Xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada müayinəsi nəticəsində onda meymunçiçəyi virusu olduğu təsdiləşmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















