Icma.az
close
up
RU
Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişləri 4 dəfə artıb

Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişləri 4 dəfə artıb

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır. Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.

Aqrar Sığorta Fondundan (ASF) verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilib. Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır.

Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib. Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur.

2024-cü ilin 10 ayında ölkə üzrə 406 min 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, pambıq sahələridir.

Eyni zamanda ölkə üzrə 2 min 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb. Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqı toplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manat həcmində sığorta təminatı verilib. Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see129

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri