Icma.az
close
up
RU
Şəmkirdə meyvə bağı və əkin sahələri üzrə fermerlərə aqrar sığota ödənişləri edilib AZƏRTAC

Şəmkirdə meyvə bağı və əkin sahələri üzrə fermerlərə aqrar sığota ödənişləri edilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 yanvar, AZƏRTAC

Aqrar Sığorta Fondu tərəfindən Şəmkir rayonunda müxtəlif hadisələrdən zərər çəkmiş meyvə bağı və əkin sahələri üzrə fermerlərə ödənişlər həyata keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Şəmkirin Nərimanlı kəndində fırtına hadisəsi nəticəsində fermer İman Bəndaliyevə məxsus buğda və arpa əkini sahəsinə dəyən zərər üzrə 32 min 639 manat ödəniş edilib.

Bundan başqa, fermer Elxan Əliyevə məxsus buğda sahəsinə dolu, fırtına, sel-subasma hadisəsi nəticəsində dəyən zərər üzrə 30 min 164 manat sığorta ödənişi olunub.

Şəmkirdə təbiət hadisəsi nəticəsində zərər çəkmiş meyvə bağı üzrə də ödəniş həyata keçirilib. Rayonun Qaracəmirli kəndində fermer Samir Əliyevə məxsus gilas bağına vəşhi heyvanların (quşların) vurduğu zərər üzrə 3 min 477 manat sığorta ödənişi həyata keçirilib.

Tədbirdə bildirilib ki, aqrar sığorta meyvə bağları və əkin sahələri də daxil olmaqla, ümumilikdə, 48 növ bitki məhsulunu sığortalamağa imkan verir. Sığorta vasitəsilə bitkilər dolu, fırtına, qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, şaxtavurma, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalanır. Fermerlərə dəstək üçün sığorta haqqının 50 faizini dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Xatırladaq ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən ölkənin əksər regionlarında sığorta ödənişləri həyata keçirilib. Bir neçə gün əvvəl Ağstafa, Samux, Goranboy, Quba, Xaçmaz, Lənkəran, Ağcabədi, Qobustan, Şamaxı və digər rayonlarda meyvə bağları, əkin sahələri və heyvandarlıq üzrə böyük məbləğli sığorta ödənişləri həyata keçirilib və bu proses davam etməkdədir.

Aqrar sığorta vasitəsilə sığortalanan məhsullar, sığorta şərtləri və sığorta haqları barədə məlumatı Fondun www.asf.gov.az rəsmi vebsaytından əldə etmək mümkündür. Fermerlər saytda bitkiçilik və heyvandarlıq kalkulyatorlarında ödəyəcəkləri sığorta haqqını özləri də hesablaya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri