Meyvə çəyirdəklərində gizlənən vitamin...
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
B17 vitamini bəzi bitkilərdə, meyvə çəyirdəklərində və quru meyvələrdə olan təbii kimyəvi birləşmələrdən biridir.
Pravda.az bildirir ki, xüsusilə alternativ təbabətdə adı tez-tez hallanan bu maddə, elm adamları tərəfindən həm potensial faydaları, həm də riskləri baxımından diqqətlə izlənilir.
B17 vitamininə ən çox qaysı, şaftalı, alma kimi meyvələrin çəyirdəklərində rast gəlinir. Həmçinin çiy badam, kətan toxumu, çiyələk və tut kimi qidalarda da az miqdarda mövcuddur. Balqabaq toxumunda da bu maddəyə rast gəlinir.
Təhlükəli tərəfi isə ondan ibarətdir ki, B17 vitamini orqanizmdə müəyyən fermetlərlə reaksiyaya girərək siyanür adlı zəhərli maddəyə çevrilə bilir. Bu isə istifadəsinin ciddi şəkildə nəzarət altında olmasını tələb edir. Həkim məsləhəti olmadan qəbul edilməsi tövsiyə edilmir.
B17 vitamininin orqanizmə təsiri
B17 vitamininin faydaları aşağıdakılardır:
İmmunitet sistemini gücləndirə bilər. Bu, hüceyrələrin sərbəst radikallardan qorunmasına kömək edə bilər.
Ağrı azaldıcı təsirə malik ola bilər. Xüsusilə bəzi onkoloji xəstələrdə sinir sistemini sakitləşdirərək ağrını yüngülləşdirdiyi düşünülür.
Antioksidant xüsusiyyətə malikdir və hüceyrə sağlamlığını dəstəkləyə bilər.
Lakin bu təsirlərin bir çoxu hələlik elmi cəhətdən tam təsdiq edilməmişdir, buna görə istifadəsi zamanı mütləq tibbi nəzarət vacibdir.
B17 vitamini hansı riskləri daşıyır?
Orqanizmdə siyanürə (zəhərli kimyəvi maddəyə) çevrilə bildiyi üçün aşağıdakı yan təsirlər müşahidə oluna bilər:
Mədə bulantısı, qusma, başgicəllənmə, nəfəs darlığı
Baş ağrısı, halsızlıq, yorğunluq
Qan təzyiqinin düşməsi
Qarın ağrısı, ishal, həzm problemləri
Allergik reaksiyalar: qaşınma, səpkilər, şişkinlik və nəfəs problemləri
Sinir sistemi zədələnməsi, huşun itməsi, tutmalar
Xüsusilə hamilə qadınlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün B17 qəbul edilməsi daha yüksək risk daşıyır. Bu səbəbdən bu tip maddələrin istifadəsi mütləq həkim məsləhəti ilə olmalıdır.
Əminə Bayramova

