Meyvəli bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı
Icma.az, Lent az saytına istinadən bildirir.
Bakıda bazarda fəhlələr arasında dava olub.
Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarında qeydə alınıb.
Məlumata görə, burada fəhlə işləyən 38 yaşlı Nicat Qafarov (şərti adla) anbarların arxasında yükləri boşaldan sərxoş halda iş yoldaşı ilə mübahisə edib. Bu zaman o, iş yoldaşının sifət və üz nahiyəsinə yumruq ilə zərbələr vuraraq, ona bir sıra xəsarətlər yetirib.
Fakt əsasında Nicat polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zarafat üstündə baş verib. Belə ki, hər ikisi sərxoş halda bir-biri ilə nalayiq zarafat ediblər. Sonrada bu zarafat onun sözlərinə görə, qarşılıqlı zorakılığa çevrilib. Nəticədə o, məlum cinayəti törədib. Nicat bildirib ki, təxminən 1 il yarım əvvəl eyni qaydada, zarafat üstündə dalaşıblar. Lakin barışdıqları üçün cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Zərərçəkmiş şəxs də ifadəsində bildirib ki, Nicatla “Meyvəli” bazarında fəhlə işləyirlər. Hadisə zamanı hər ikisi içkili olub. Təqsirləndirilən şəxs mübahisə zamanı onun baş və bədən nahiyələrinə zərbə vuraraq xəsarət yetirib. Hadisədən sonra ayıq vəziyyətdə tərəflər barışıblar.
Məhkəmənin qərarı ilə N. Qafarov 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Baxış sayı:148
Bu xəbər 03 Oktyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















