Icma.az
close
up
RU
Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?

Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Valyuta məzənnəsində baş verən dəyişikliklər ilk baxışdan sadəcə rəqəmlərin yerinin dəyişməsi kimi görünə bilər. Bu dəyişikliklərin təsiri bəzən dərhal hiss olunur, bəzən isə zamanla üzə çıxır. Bəziləri üçün bu proses gündəlik qərarlara təsir edən mühüm amilə çevrilir, digərləri üçün isə sadəcə statistik göstəricidən ibarət olur. Məzənnə dəyişikliyi bir qrup üçün yeni imkanlar yaradırsa, digər qrup üçün gözlənilməz risklər və itkilərlə müşayiət olunur.

Bəs məzənnə dəyişiklikləri zamanı ən çox kimlər qazanır və kimlər itirir?

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, məzənnə dəyişikliyinin mənfi istiqamətdə olması, yəni yerli valyutanın ucuzlaşması, müsabət yox, daha çox mənfi təsir göstərir:

"Çünki bu, birbaşa inflyasiyanı sürətləndirir və əhalinin alıcılıq qabiliyyətini aşağı salır. Eyni zamanda, pul-kredit mühitində ciddi problemlər yaratmağa başlayır. Xarici valyutada öhdəliyi olanların gəlirləri milli valyutada olduğundan, onlar həmin öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkirlər. Digər tərəfdən, banklardakı əmanətlər də ciddi şəkildə öz dəyərini itirir. Əlavə olaraq, sahibkarlar üçün iqtisadi fəaliyyət daralır. Xammalın qiyməti artır, idxal məhsullarının qiymətində kəskin artımlar müşahidə olunur. Nəticədə, hər şey bahalaşdığı üçün bu məhsul və xidmətlərə ödəniş edənlərin sayı da avtomatik olaraq azalır”.

E. Əmirov bununla belə, ucuzlaşmanın müsbət tərəflərinin də mövcud olduğunu qeyd edir:

"Belə ki, yerli valyutanın dəyərdən düşməsi, fəaliyyətini ixraca yönəldən sahibkarlar üçün müsbət amil hesab olunur. Çünki bu hal həmin sahibkarlara digər ölkələrdən olan rəqiblərlə müqayisədə rəqabət üstünlüyü qazandırır. Yəni, qeyd etdiyim kimi, məzənnə dəyişikliyi alıcılıq qabiliyyətinə, bank sektoruna, kredit portfelinə, əhalinin istehlak gücünə və turizm sahəsinə təsir göstərir. Bu təsir bəzən müsbət, bəzən isə mənfi olur”.

"Ümumiləşdirilmiş şəkildə demək olar ki, əgər bir ölkədə ixracda qeyri-neft sektorunun payı yüksəkdirsə, idxaldan asılılıq azdırsa və daxili istehsal üstünlük təşkil edirsə, o zaman həmin ölkədə yerli valyutanın ucuzlaşması təhlükəli hesab olunmur, əksinə, bu prosesin müsbət tərəfləri daha çoxdur. Lakin idxaldan asılı olan ölkələrdə milli valyutanın dəyərdən düşməsi daha çox risklər yaradır” – deyə iqtisadçı vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri