Icma.az
close
up
RU
Məzun tələbələrin iş tapması üçün bunlar edilməlidir AÇIQLAMA

Məzun tələbələrin iş tapması üçün bunlar edilməlidir AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ali təhsil cəmiyyətin inkişaf motoru olsa da, bu gün diplom sahibi olmaq əmək bazarında uğur qazanmaq anlamına gəlmir. Bəzi məzunlar universiteti bitirsə də, işsiz qalır, işəgötürənlər isə peşəkar kadr tapa bilmir. 

Bəs problem haradadır və bu çıxılmaz vəziyyəti necə həll etmək olar?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsileksperti Elçin Əfəndi bildirib ki, universitetlər öz məzunlarını izləməlidirlər. 

Onun sözlərinə görə, mütləq qaydada bu proses həyata keçirilməlidir: “Çünki xarici ölkələrə baxsaq, inkişaf etmiş ölkələrin əksəriyyətində universitetlər öz məzunlarını izləyir. Onların hansı işlə məşğul olduqları, fəaliyyət istiqamətləri ilə bağlı məlumata sahibdirlər, Eyni zamanda iş imkanları barədə düşünürlər. Məsələn, bir çox xarici universitetləri var ki, müvafiq şirkətlərlə əməkdaşlıq edirlər, onların kadr ehtiyatını təmin etmək məqsədilə öz məzunlarını təklif edirlər və bu təklif üzərindən hətta universitet özü müvafiq gəlir əldə edir”.

Ekspert qeyd edib ki, bizim universitetlərdə isə təəssüflər olsun ki, bu istiqamətdə iş aparılmır:

“Yəni universitetlərin ölkədə fəaliyyət göstərən istər dövlət, istərsə də özəl şirkətlərlə əməkdaşlığı demək olar ki, çox deyil. Olsa da, məhdud saydadır. Hansısa dövlət qurumunda çalışan əməkdaşı ilə bağlı informasiyaya tam sahib deyil. Ümumiyyətlə, məzunları hazırda harada çalışır, hansı istiqamətdə fəaliyyət göstərir bununla bağlı təfsilatından informasiyaya sahib deyil. 

Əlbəttə, bunlar olarsa, universitetlər araşdırma əsasında çıxara bilər ki, daha çox hansı ixtisaslara tələbatı var? Həmin universitetdə hansı ixtisası bitirənlər daha çox əmək bazarında hansı işlə təmin olunurlar? Belə olan halda onlar gələcəklə bağlı planlamanı həyata keçirə bilirlər. Məsələn, deyək ki, hansısa bir ixtisası bitirənlərin əmək bazarında iş imkanları zəifdirsə, ora 20 plan yeri var idisə, artıq o plan yerini azaldıb 3-5 yer həddinə endirmək olar. Nəticədə digər daha çox tələbat olan ixtisaslar üzrə kadr ehtiyatını daha da yaxşılaşdırmaq üçün plan yerini müvafiq saya uyğun artırmaq olar. Yəni bu kimi bazaların olması əlbəttə ki, universitetlərin gələcək planlanmasına mühüm təsir etmiş olur. 

Eyni zamanda, dünyada reytinq ölçən müəyyən təşkilatlar var, hansı ki, həmin təşkilatlar da məzunların məşğulluq fəaliyyətini, universitetlərin əməkdaşlıq fəaliyyətini izləyir və təbii, bu kimi məsələlər də yerində olsa, bu da reytinqə əlavə xal gətirir. Buna da təəssüf ki, bəzi universitetlər sanki maraqlı deyillər, ya da bilməyərəkdən edirlər və yaxud bu prosesi həyata keçirəcək kadrlar yoxdur. Belə bir problem təəssüflər olsun ki, universitetlərimizin əksəriyyətində mövcuddur”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri