Icma.az
close
up
RU
Qarabağa getmək üçün lazım olan portal ləğv edilməlidir? AÇIQLAMA

Qarabağa getmək üçün lazım olan portal ləğv edilməlidir? AÇIQLAMA

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Torpaqlarımızın azad olunmasından 4 il keçsə də, vətəndaşlar Qarabağa portal vasitəsi ilə qeydiyyatdan keçərək, icazə əsasında gedir. Baxmayaraq ki, bərpa quruculuq işləri gedir, ərazi minalardan təmizlənir, evlər yenidən bərpa olunur, ən əsası da torpaqlarımız dirçəlir.

İnsanlar isə orda təkcə yaşamaq yox, eyni zamanda müqəddəs məkan kimi Qarabağı ziyarət etmək istəyir. Nəzərə alsaq ki, orada insanların həm doğmalarından izlər, həm qəbrlər, həm də onlara əziz xatirələr qalıb. Zaman az, ziyarətçi sayı isə limitlidir.

Bəs bununla bağlı hər hansı problem yaşanmırsa, vətəndaşlar da müəyyən edilən qayda-qanundan kənara çıxmırsa, portal vasitəsi ilə qeydiyyat lazımdırmı? Ümumiyyətlə indiki halda portalın xüsusi əhəmiyyəti varmı?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Xəqani Cəfərlinin sözlərinə görə, Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindən 4 il ötsə də, bu yerlərə həyat son bir ildə qayıdıb: 

“İlk illər portal sisteminin mövcudluğu ciddi problem yaratmırdı və təhlükəsizliyin təmin olunması üçün zəruri idi. Ancaq məcburi köçkünlərin bir hissəsinin doğma yurdlarına qayıtması, Qarabağ Universitetinin fəaliyyətə başlaması və iş yerlərinin açılması artıq portal sisteminin ləğvini zərurətə çevirib. Təhlükəsizlik tədbirləri saxlanılmaqla portal sistemi ləğv olunmalıdır”. 

Politoloq deyir ki, bu addım atılmadan bölgənin inkişafı üçün tam münbit şərait yarana bilməz. Portal sisteminin ləğvi işğaldan azad olunmuş torpaqların bərpası və inkişafına təkan verə bilər:

 “İşğaldan azad olunmuş torpaqların sakinləri doğma torpaqlarına məhdudiyyətsiz şəkildə gedə bilməlidirlər. İşğaldan azad olunmuş torpaqların sakinlərinin bu gün ən ciddi problemi mülkiyyət hüquqlarının tanınması və gerçəkləşməsi ilə bağlıdır. Bu iki məsələ həll olunmadan işğaldan azad olunmuş torpaqlarının sakinlərinin hüquqları tam bərpa olunmuş sayıla bilməz”.

Məsələ ilə bağlı mətbuata açıqlama verən millət vəkili Vüqar Bayramov isə deyib ki, “Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayıdışa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Deputat bildirib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır: "Proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir”. 

Belə… Portal bağlansın, növbəti stansiya Qarabağ!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:318
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri