Icma.az
close
up
RU
Məzuniyyətdən sonra yenə yorğunsunuz? Ekspert əsl səbəbi açıqladı

Məzuniyyətdən sonra yenə yorğunsunuz? Ekspert əsl səbəbi açıqladı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əgər insan məzuniyyətdən qayıtdıqdan sonra özünü elə səfərə çıxdığı gündəki kimi yorğun hiss edirsə, bu, heç də həmişə istirahətin qısa olması ilə bağlı olmur.

Moderator.az xəbər verir ki, bunu rusiyalı biznes-psixoloq, iqtisad elmləri namizədi Yekaterina Katalina bildirib.

Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, məzuniyyət insanın gümrahlığını artırsa da, adi iş rejiminə qayıtdıqdan sonra bu effekt qısa müddətdə itir. Ən çox yol verilən səhvlərdən biri isə istirahəti növbəti "iş layihəsi"nə çevirməkdir.

"İnsan özünə sərt marşrut planı tərtib edir, bir həftə ərzində bütün görməli yerləri gəzməyə çalışır, reytinqləri yoxlayır, eyni vaxtda beş ekskursiya sifariş edir. Formal olaraq o, ofisdə deyil, lakin daxilən tamamilə iş rejimindədir: planlaşdırır, nəzarət edir və nəticəni qiymətləndirir", - deyə Katalina izah edib.

Ekspert bildirib ki, ikinci səbəb isə işin insanı psixoloji cəhətdən rahat buraxmamasıdır. İnsan çimərlikdə uzansa belə, fikrində hələ də elektron məktubları cavablandırır. Əgər növbəti iş günü ilə bağlı düşüncələr səfərin ən gözəl anlarında belə istirahəti kölgədə qoyursa, problem artıq xroniki gərginlikdən qaynaqlanır.

Daha bir, az nəzərə çarpan səbəb isə insanın alışdığı sosial rolun müvəqqəti itirilməsidir. İş prosesində insan özünü mütəxəssis, rəhbər və ya komanda üzvü kimi dəqiq müəyyənləşdirir. Məzuniyyət zamanı isə bu dayaqlar müvəqqəti olaraq aradan qalxır.

Məzuniyyətin tükənmişlik hissi ilə başa çatmaması üçün ekspert uçuşdan dərhal sonra işə başlamamağı tövsiyə edir.

"Yaxşı olar ki, evdə bir neçə gün keçirəsiniz: əşyaları yerbəyer etmək, doyunca yatmaq və gündəlik rejimə tədricən qayıtmaq üçün. Əgər axşam təyyarədən düşüb, səhər artıq onlayn iclasa qoşulursunuzsa, orqanizmə uyğunlaşmaq üçün demək olar ki, vaxt vermirsiniz", - deyə o bildirib.

Yekaterina Katalinanın sözlərinə görə, məzuniyyətin optimal müddəti təxminən iki həftədir. Bu müddət ərzində həm kifayət qədər dincəlmək, həm də iş ritmindən tamamilə uzaqlaşmamaq mümkündür. İstirahət 10 gündən az olduqda insan yeni rejimə tam uyğunlaşa bilmir. Həddindən artıq uzun məzuniyyətdən sonra isə yenidən iş intizamına qayıtmaq daha çətin olur.

Ekspert işdə hələ də zövq aldığınız məqamları - maraqlı tapşırıqları, kollektivlə ünsiyyəti və faydalılıq hissini xatırlamağı tövsiyə edir. Lakin insan hətta məzuniyyət günlərində belə bazar ertəsini qorxu ilə gözləyirsə, bu halda heç bir istirahət problemi həll etməyəcək.

"Bəzən məzuniyyət insanı bərpa etmir. Bunun səbəbi istirahətin pis keçməsi deyil, insanın onu daim tükəndirən bir mühitə geri qayıtmasıdır", - deyə ekspert yekunlaşdırıb. /oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 İyul 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri