Microsoft Outlook elektron poçt xidmətindəki nasazlıqlar NHS üçün problemlər yaradıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyanın səhiyyə sisteminin kommunikasiya fəaliyyətində ciddi pozuntular yaşanıb.
“BBC”nin məlumatına görə, İngiltərənin qərb hissəsində xəstəxanalar qlobal miqyasda Microsoft Outlook elektron poçt xidmətindəki nasazlıqdan sonra fəaliyyət göstərə bilmədiklərini bildirib.
NHS (Milli Səhiyyə Sistemi) Fondunun nümayəndələri xəstələri əmin ediblər ki, xəstəxanaların əsas xidmətləri və tibbi prosedurlar normal qaydada davam edir. Təcili müraciəti olan xəstələrə isə qəbul məktublarında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq xəstəxana şöbəsi ilə əlaqə saxlamaq tövsiyə olunub.
Qlosterşir NHS Fondu yaydığı bəyanatda problemdən xəbərdar olduğunu və əməkdaşların müvəqqəti olaraq e-poçt göndərə və qəbul edə bilmədiklərini bildirib.
Qeyd edək ki, qlobal nasazlıq dünəndən başlayıb. Xidmətlərin fəaliyyətini izləyən “Downdetector” internet saytı 70-dən çox ölkədə problemlər barədə məlumatların daxil olduğunu bildirib. Microsoft-un rəhbər şəxslərindən biri Çarlz Lamanna problemin kibertəhlükəsizlik insidenti ilə əlaqəli olmadığını, hər hansı qəsdən törədilmiş hücum və ya haker müdaxiləsinin baş vermədiyini açıqlayıb.
“Bugünkü xidmət nasazlığının müştərilərimiz üçün yaratdığı çətinliklərə görə təəssüf edirik və problemin aradan qaldırılması istiqamətində çalışırıq”, – Lamanna X sosial şəbəkəsindəki paylaşımında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 13 Noyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















