Icma.az
close
up
RU
MİDA 1 049 mənzili satışa çıxarır qiymətlər 43 min 225 manatdan başlayır

MİDA 1 049 mənzili satışa çıxarır qiymətlər 43 min 225 manatdan başlayır

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 16 dekabr 2026-cı il tarixində dörd yaşayış kompleksi üzrə 1 049 mənzili güzəştlə satışa çıxaracaq. Satış saat 11:00-da başlayacaq və 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə həmin gün saat 12:00-dan 13:00-dək aparılacaq.

Marja.az MİDA-nın satış elanına istinadən xəbər verir ki, satışa Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5, Binəqədi Yaşayış Kompleksi üzrə 839, Şirvan Yaşayış Kompleksi üzrə 201, Yevlax Yaşayış Kompleksi üzrə isə 4 mənzil çıxarılacaq. Satış qiymətləri Yevlaxda 43 min 225 manatdan, Şirvanda 54 min 815 manatdan, Binəqədidə 98 min 415 manatdan başlayır. Hövsanda təklif olunan mənzillərin hər birinin qiyməti 118 min 800 manatdır.

Satış qiymətlərinə ƏDV daxildir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi və kombi cihazı, eləcə də su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Hansı komplekslərdə mənzili ipoteka ilə almaq olar?

Bu satış çərçivəsində Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində və Binəqədi Yaşayış Kompleksində mənzillər yalnız alıcının öz vəsaiti hesabına satılacaq. Şirvan və Yevlax yaşayış komplekslərində isə alıcılar həm öz vəsaitləri, həm də ipoteka krediti hesabına ödəniş edə bilərlər.

Güzəştli mənzillərin əldə edilməsi qaydasının 5.6-cı bəndinə əsasən, ipoteka ilə ödəniş üsulunu yalnız ilkin razılıq qərarını almış və həmin qərarın elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti üzrə illik faiz dərəcəsi 4 faiz, kredit müddəti 3 ildən 30 ilədəkdir. Elan üzrə aşağıdakı aylıq ödənişlər minimal ilkin ödəniş və 30 illik kredit müddəti əsasında hesablanıb.

Mənzil seçimi necə aparılacaq?

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Satışda yalnız “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar iştirak edə bilərlər. Elektron kabineti olan bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqa malikdirlər.

Satış modulundan istifadə və gözləmə qaydasında mənzil seçimi üzrə mətn və video təlimatlar elektron kabinetlərin müvafiq bölmələrində və MİDA-nın saytındakı “Güzəştli mənzil sistemi” bölməsində yerləşdirilib. Ərizənin təqdim olunması, satış şərtləri və agent banklar barədə məlumatı MİDA-nın saytından, Bakı şəhərindəki 5 saylı “ASAN xidmət” mərkəzindən və ya 108 çağrı mərkəzindən almaq mümkündür. MİDA-nın rəsmi saytı · Agent bankların siyahısı

Binaların tikintisi və mülkiyyət sənədləri

Elana əsasən, bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi dörd layihə üzrə müsbət rəylər verib. Mənzillərə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı, 13 saylı Şirvan və 17 saylı Yevlax ərazi idarələri verib.

Hər bir mənzilin və otaqlarının dəqiq ölçüləri, satış qiyməti və agent banklar barədə məlumatla MİDA-nın layihələr səhifəsində tanış olmaq mümkündür. MİDA-nın layihələri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://marja.az
archiveBu xəbər 13 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri