Mikayıl Cabbarov: Ətraf mühitin mühafizəsinə dair öhdəlikləri üzrə fikir mübadiləsi apardıq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"SOCAR yaşıl təşəbbüslərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiya fəaliyyəti: çağırışlar və nailiyyətlər" tədbirində şirkətin dekarbonizasiya hədəfləri, bu hədəflərə doğru atılan addımlar, enerji keçidi, aşağı karbonlu bizneslərin inkişaf etdirilməsinə dair fəaliyyətlərdən bəhs etdik. Bununla yanaşı, SOCAR-ın timsalında neft şirkətlərinin təmiz ekoloji mühitin yaradılmasına potensial töhfələri, dayanıqlı həllərə doğru transformasiya və bu istiqamətdə beynəlxalq səviyyəli şirkətlərin ətraf mühitin mühafizəsinə dair öhdəlikləri üzrə fikir mübadiləsi apardıq".
#SOCAR (@SOCARofficial) yaşıl təşəbbüslərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə #iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradır. #COP29… pic.twitter.com/o2Th35oIMC
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















