Icma.az
close
up
RU
Mikayılov buna görə həbs olunmayıb İcra başçısının gizli xilaskarı ortaya çıxdı

Mikayılov buna görə həbs olunmayıb İcra başçısının gizli xilaskarı ortaya çıxdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yenidən diqqət mərkəzindədir. Müavininin rüşvətə görə həbsindən sonra onun da vəzifədən uzaqlaşdırılacağı, hətta məsuliyyətə cəlb olunacağı barədə iddialar yayılsa da, sanki fırtınadan sağ çıxmağı bacarıb. Mətbuatda yayılan məlumatlara görə, Mikayılovun bu dəfəki “xilasının” arxasında fövqəladə hallar naziri Kamaləddin Heydərovun dayanıb. Artıq bir neçə dəfədir adı korrupsiya qalmaqallarında hallansa da, o, hər dəfə olduğu kimi yenə vəzifəsini qorumağı bacarıb.

Müavini həbs olunan başçı necə toxunulmaz qala bilir?

Globalinfo.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, burada təkcə korrupsiya və yeyinti faktları deyil, daha dərin səbəblər mövcuddur:

“Əgər ciddi şəkildə yanaşsaq, vəzifə səlahiyyətlərini aşan icra başçılarının 70-80 faizini bu maddə ilə həbs etmək mümkündür. Bunun üçün xüsusi əməliyyata da ehtiyac yoxdur. Rayon və şəhər icra başçılarının əksəriyyəti korrupsiya və yeyinti ilə məşğuldur. Sadəcə gücü, dayağı olanlar öz həbslərini gecikdirə bilir, məsuliyyəti başqalarının üzərinə atmağı bacarırlar”.

Tural Abbaslı

Partiya sədrinin sözlərinə görə, Süleyman Mikayılovun birbaşa yeyintidə iştirakı sübuta yetirilməsə belə, onun siyasi məsuliyyəti var:

“Əgər əməkdaşların dövlət büdcəsini talayırsa, deməli, icra başçısı olaraq bu prosesə nəzarət edə bilməmisən. Bu halda, həbs olunmasa belə, o, tutduğu postdan istefa verməlidir. Çünki vəzifəsini icra edə, xalqın malını-mülkünü qoruya bilməyib. Amma sirr deyil ki, ölkəmizdə dayağı olanlar hətta həbs edilsələr belə, çox yüngül cəza alırlar, bəzən ev dustaqlığı ilə məsələ bağlanır. Sonradan da taladıqları əmlakı qaytarmaqla azadlığa çıxırlar. Akif Çovdarovu buna misal göstərmək olar”.

Vəkil Mehman Muradlı Süleyman Mikayılovla bağlı bəzi məqamlara aydınlıq gətirib:

Mehman Muradlı

“O, illər əvvəl Dövlət Gömrük Komitəsində çalışıb. Mikayılovun icra başçısı vəzifəsinə təyin olunması Kamaləddin Heydərovun dəstəyi ilə həyata keçirilib. Hazırkı vəziyyətin bu mərhələyə çatması və onun yenidən sözügedən məmura arxalanması tamamilə gözlənilən haldır”.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri