“Mikelsin əvəzlənən zaman birbaşa paltardəyişmə otağına yollanması da...” “Sabah” onu cəzalandıracaqmı?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə çempionatının son turunda – “Sabah”ın səfərdə “Sumqayıt”a uduzduğu oyunda əvəzlənən Coy-Lens Mikels birbaşa paltardəyişmə otağına yollandı.
Təbii ki, bu hərəkəti normal qarşılamaq mümkünsüzdü. Görəsən, “Sabah” rəhbərliyi belə hərəkətə görə hansısa cəza nəzərdə tutulubmu? “Football-plus.az” bu sualı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladı:
“Futbol emosiyalar oyunudu. Həmin matçda da Coy-Lens Mikels oyunu alınmadığına görə bir qədər məyus idi. Əvəzlənən zaman birbaşa paltardəyişmə otağına yollanması da məhz kiməsə etirazdan yox, bu məyusluqdan qaynaqlanırdı. Futbolçu özü oyundan sonra bununla bağlı baş məşqçi ilə söhbət edərək, üzrxahlığını çatdırdı”.
ƏSƏD SEYİDOV
Baxış sayı:89
Bu xəbər 06 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















