Mil Muğan regionu üzrə 4841 şagird məzun olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İmişli, 13 iyun, AZƏRTAC
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri böyük təntənə və yüksək ovqatla qeyd olunub. Təşkil edilən mərasimlərdə məzunlar, müəllimlər, valideynlər və təhsil ictimaiyyətinin nümayəndələri bir araya gələrək, uzun illərin zəhmətinin nəticəsini birlikdə yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, eləcə də struktur bölmə rəhbərləri iştirak edərək məzunları təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar. Çıxışlarda vurğulanıb ki, məktəb illəri təkcə bilik qazanmaq dövrü deyil, həm də şəxsiyyətin formalaşdığı, dəyərlərin möhkəmləndiyi ən mühüm mərhələdir.
Məktəblərdə təşkil olunan “Son zəng” mərasimləri xüsusi proqramlarla yadda qalıb. Şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi və rəqs nömrələri tədbirlərə emosional və bayram ab-havası qatıb. Məzunlar son məktəb günlərini həm sevinc, həm də nostalji hisslərlə qarşılayıblar. Dərs ilini uğurla başa vuran şagirdlərin bir qismi müxtəlif nailiyyətlərinə görə Fəxri fərman və diplomlarla təltif olunublar. Bu mükafatlar onların təhsil müddətində göstərdikləri əzmkarlığın və yüksək nəticələrin rəmzi kimi təqdim edilib.
Qeyd edilib ki, “Son zəng” tədbirləri hər bir ümumi təhsil məktəbinin həyətyanı sahəsində təşkil olunub. Həyətyanı sahəsi olmayan təhsil müəssisələrində isə mərasimlər məktəblərin idman və ya akt zallarında keçirilib. Bu da tədbirlərin hər bir məktəbdə mütəşəkkil və təhlükəsiz şəkildə reallaşdırılmasına imkan verib.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 2025/2026-cı tədris ilində I sinifləri 5959, IX sinifləri 7175, XI sinifləri isə 4841 şagird başa vurub.
“Son zəng” yalnız bir dərs ilinin sonu deyil, həm də yeni arzuların, planların və böyük hədəflərin başlanğıcı kimi yadda qalıb. Məzunlar üçün çalınan son zəng onların həyatında yeni bir səhifənin açıldığını simvolizə edib.
Müxbir - Aydın Yavərzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















