Mil Muğan regionu üzrə 7 mindən çox VI sinif şagirdi monitorinqə cəlb olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İmişli, 18 may, Aydın Yavərzadə, AZƏRTAC
Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində olduğu kimi Mil-Muğan regionu üzrə də şagirdlər manitorinqlərdə iştirak ediblər.
Mil-Muğan Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, regionun tabeliyində olan ümumi təhsil məktəblərinin VI siniflərində təhsil alan 7236 nəfər şagird monitorinqə cəlb olunub. İdarə müdiri Bəhruz Nəbili və struktur bölmə rəhbərləri monitorinq prosesinin gedişatını izləyiblər. Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















