Milad planı: ABŞ nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ silahlı qüvvələri əvvəlcə Venesuelaya qarşı hərbi əməliyyatı dekabrın 25-də, katolik Milad günündə başlatmağı planlaşdırıb, lakin daha sonrakı tarixə təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "CBS News" telakanalı öz mənbələrinə istinadən məlumat verib.
Kanalın məlumatına görə, hərbi rəhbərlik əməliyyatın Milad günündə keçirilməsini müzakirə edib, lakin prioritet ABŞ-nin Nigeriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə qarşı hava hücumlarına verilib. Daha sonra tarix yenidən təxirə salınıb, çünki ABŞ üstünlük qazanmaq üçün hava şəraitinin yaxşılaşmasını gözləyib.
Həmçinin CNN bildirib ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Venesuela ərazisində hərbi əməliyyatlar barədə əvvəlcədən xəbərdarlıq almayıb.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 03 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















