Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“Maduro əməliyyatı”nın nəticəsi necə olacaq? ABŞ və venesuelalı ekspertlər vəziyyəti APA ya şərh edib

“Maduro əməliyyatı”nın nəticəsi necə olacaq? ABŞ və venesuelalı ekspertlər vəziyyəti APA ya şərh edib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yanvarın 3-də Venesuelada keçirilən genişmiqyaslı əməliyyat Prezidenti Nikolas Maduronun saxlanılıb ABŞ-a aparılması ilə nəticələndi. Bunun ardınca ABŞ Baş prokurorluğu açıqlama verdi ki, Maduro narkoterrorizm, kokain ixracı, silah saxlanması və s. oxşar cinayətlərdə ittiham olunur.

Dünyanı şoka salan bu hadisə beynəlxalq miqyasda müxtəlif reaksiyalara səbəb olub və regionda təhlükəsizlik, eləcə də humanitar vəziyyətlə bağlı müzakirələri gündəmə gətirib. ABŞ tərəfi ittihamlara məhkəmə müstəvisində baxılacağını bəyan edib.

Trampın qərarı impulsiv deyil, Vaşinqtonun uzunmüddətli yanaşmasının nəticəsidir

Mövzu ilə bağlı APA-ya açıqlama verən amerikalı politoloq İrina Tsukerman bildirib ki, Prezident Donald Trampın Venesuela ilə bağlı qərarı ani impulsdan daha çox, Vaşinqtonun bu ölkəyə uzunmüddətli baxışının nəticəsidir.

Onun sözlərinə görə, ABŞ Administrasiyaları uzun illərdir, Nikolas Maduro hakimiyyətini cinayətkar, iqtisadi baxımdan dağıdıcı və region üçün təhlükə yaradan sistem kimi təqdim edib: “Sanksiyalar və diplomatik təzyiqlər real dəyişiklik yaratmadı. Trampın bu addımı dalana dirənmiş vəziyyətə qarşı səbirsizliyin və ABŞ-ın regiondakı təsir imkanlarını yenidən bərpa etmək istəyinin göstəricisidir. Qərarın məhz bu formada icrası ciddi mübahisələr doğurur və Venesuelanın suverenliyi baxımından təhlükəli presedent yaratma riski var. Bu addım siyasi dəyişikliklərin daxili proseslər yolu ilə baş verməsi prinsipini zəiflədə və gələcəkdə oxşar müdaxilələr üçün hüquqi əsas kimi istifadə oluna bilər”.

Politoloqun fikrincə, Maduronun hakimiyyətdən kənarlaşdırılması Venesuelanın dərin struktur problemlərini avtomatik şəkildə aradan qaldırmır: “Böhranın kökü institusional çöküşdə, iqtisadi dağınıqlıqda və cəmiyyətin dərin parçalanmasındadır. Əsas sual keçid dövrünün necə və kim tərəfindən idarə olunacağıdır. Bir çox venesuelalı üçün Maduronun hakimiyyətdən getməsi qorxu və repressiya üzərində qurulmuş idarəetmənin sonu kimi qəbul olunur. Onun hakimiyyəti korrupsiya, saxta seçkilər və kütləvi miqrasiya ilə yadda qalıb. Bu baxımdan cəmiyyətdə yaranan rahatlama hissi təbiidir”.

Xanım Tsukerman əlavə edib ki, Trampın Venesuela ilə bağlı qərarını nə birmənalı uğur, nə də açıq avantüra kimi qiymətləndirmək olar.

“Bu addımın real nəticəsi Venesuelanın gələcəkdə daha sabit, legitim və funksional dövlətə çevrilib-çevrilməyəcəyindən asılı olacaq”, - deyə İ. Tsukerman əlavə edib.

Venesuelada son hadisələr fonunda ölkə daxilində siyasi idarəetmə və təhlükəsizlik məsələləri üzrə fövqəladə mexanizmlər işə salınıb. Rəsmi qurumlar ictimai sabitliyin qorunması və mümkün risklərin qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Paralel olaraq, beynəlxalq səviyyədə də prosesin gedişi diqqətlə izlənilir.

Ölkə hələ də baş verənləri dərk etməyə çalışır

Venesuelalı politoloq Rikardo Vaz APA-ya açıqlamasında qeyd edib ki, ölkə hələ baş verənləri dərk etməyə çalışır, ziyanın dəqiq miqyası bəlli olmasa da, vəziyyət tədricən sabitləşir və insanlar normal həyata qayıdır.

Ölkə hələ də baş verənləri emal etməyə çalışır. Yanvarın 3-ü gecə baş verən bombardman nəticəsində dəyən ziyan və insan tələfatı ilə bağlı hələlik dəqiq qiymətləndirmə aparılmayıb. Hazırda ölkənin hər yerində vəziyyət nisbətən sakitdir, bəzi mağazalar fəaliyyətini bərpa edib, insanlar küçələrə çıxmağa başlayıb”, deyə o, vurğulayıb.

Ekspertin sözlərinə görə, hökumət artıq Müdafiə Şurasını toplayıb və fövqəladə vəziyyət rejimi çərçivəsində fəaliyyətini davam etdirir: “Hazırda ölkəyə rəhbərlik edən vitse-prezident Delsi Rodrigez prezident Nikolas Maduronun azad olunmasını tələb edib və Venesuelanın heç bir imperiyaya tabe olmayacağını bildirib”.

Politoloq qeyd edib ki, Venesuela hakimiyyəti yaxın günlərdə ölkədə müəyyən sabitliyi bərpa etməyə və yeni hücumlar təhlükəsinə qarşı hansı addımlar atılacağını müəyyənləşdirməyə çalışacaq.

Bununla belə, ABŞ-ın dəstəklədiyi müxalif qüvvələrin hakimiyyəti ələ keçirməsi riski real olaraq qalır. Xüsusilə Donald Trampın müxalifət lideri Maria Korina Maçadonu açıq şəkildə dəstəkləmədiyini bildirməsi ölkədaxili siyasi proseslərə ciddi təsir göstərə bilər,” - deyə Rikardo Vaz vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see392

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri