Milan Fiorentina nın hücumçusunu istəyir
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Milan" Moise Kini transfer etmək istəyir.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “rossoneri” bu tip hücumçuya ehtiyac duyur və "Fiorentina"nın futbolçusunun hansı məbləğə alınmasının mümkün olduğunu öyrənmək niyyətindədir.
İyulun ilk 15 günü ərzində Kinin müqaviləsində 62 milyon avroluq sərbəstqalma bəndi qüvvədə olacaq. Lakin futbolçunun çox uğurlu keçməyən mövsümündən sonra (Serie Ada 24 oyunda 8 qol) bu bəndin böyük əhəmiyyət daşımadığı bildirilir. Milan klubu yaxın həftələrdə mümkün endirimin nə qədər ola biləcəyini öyrənmək üçün danışıqlar aparmağı planlaşdırır.
Moise Kin ildə 4,5 milyon avro qazanır və "Milan"ın baş məşqçisi Massimiliano Alleqri ilə "Yuventus"da birlikdə çalışdığı üçün ona yaxşı tanışdır.
Bundan başqa, “qırmızı-qaralar” alternativ variant kimi Serhou Guirassini də nəzərdən keçirirlər. O, hazırda Borussia Dortmundda çıxış edir. Klub həmçinin Duşan Vlahoviçlə də maraqlanır, lakin serbiyalı hücumçu "Yuventus" ilə müqavilənin uzadılması barədə danışıqları bərpa edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Mart 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















