Icma.az
close
up
RU
Milan mübarizəni dayandırdı, Bavariya 1/8 finalda

Milan mübarizəni dayandırdı, Bavariya 1/8 finalda

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

QOL.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib. Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşib.

Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubu ilə bu dəfə evdə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Bununla da "Milan" ÇL-də mübarizəni dayandırıb.

"Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gəlib. Münhen təmsilçisi 90+4-cü dəqiqəyədək məğlub durumda olsa da, sonda hesabı bərabərlədirərək mərhələ adlamağı bacarıb.

Həmçinin "Atalanta" və "Benfika" da 1/8 finala vəsiqə qazanıblar. "Benfika"nın cavab matçındakı 3 qolundan 2-ni türk futbolçular vurublar. 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 84-cü dəqiqədə isə Orkun Kökçü fərqlənib.

Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1

Qollar: Ximenez, 1 - Karranza, 73

Qırmızı vərəqə: Hernandez, 51 ("Milan"), Read, 90+7 ("Feyenoord")

(İlk oyun - 0:1)

00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3

Qollar: Aktürkoğlu, 22, Pavlidis, 76-pen; Kökçü, 84 - Minamino, 32, Seqir, 51, İllenihena, 81

(İlk oyun - 1:0)

00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3

Qollar: Lukman, 46 - Talbi, 3, 27, Yotqla, 45+3

Qırmızı vərəqə: Toloi, 87 ("Atalanta")

(İlk oyun - 1:2)

00:00. "Bavariya" (Almaniya) ­– "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Deyvis, 90+4 - Kun, 63

(İlk oyun - 2:1)

19 fevral

21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)

(İlk oyun - 3:0)

00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)

(İlk oyun - 1:2)

00:00. PSJ (Fransa) - “Brest” (Fransa)

(İlk oyun - 3:0)

00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

(İlk oyun - 3:2)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Fevral 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see408

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see265

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see219

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see215

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see201

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see196

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see182

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see182

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see179

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see171

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see171

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see166

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see164

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see164

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see161

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see158

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see154

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see154

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see154

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri