Milan və Napoli nin keçmiş baş məşqçisi İtaliya millisinə rəhbərlik edə bilər
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 iyun, AZƏRTAC
"Milan"ın və "Napoli"nin keçmiş baş məşqçisi Cennaro Qattuzo İtaliya millisinə rəhbərlik edə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis iyunun əvvəlində Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi postunu tərk etdiyinə görə hazırda işsizdir.
Rəhbərliyin onunla danışıqlar apardığı bildirilir.
İtaliya yığmasını daha əvvəl Stefano Pioli və ya Klaudio Ranyerinin çalışdıracağı ilə bağlı xəbərlər yayılsa da, hər iki mütəxəssis bu təklifdən imtina etmişdi.
Xatırladaq ki, son olaraq Luçano Spallettinin baş məşqçisi olduğu kollektiv DÇ-2026-nın seçmə mərhələsinin iki oyununda üç xal qazanıb. Norveçə 0:3 hesabı ilə məğlub olan italiyalılar ikinci matçda Moldovaya 2:0 hesabı ilə qalib gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















