Icma.az
close
up
RU
Miller panamalı killer!

Miller panamalı killer!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Turan Tovuz - Şamaxı 3:2 (1:2)
1. İvan Konovalov - 6,5
4. Şəhriyar Əliyev (k) - 6,5
10. Xəyal Nəcəfov - 5,5
(13. Fərid Yusifli, 46) - 5,5
88. Faiq Hacıyev - 6,5
7. İsmayıl Zülfüqarlı - 5,5
(44. Rüfət Əhmədov, 53) - 5,5
9. Kristian da Silva - 5,5
5. Roderik Miller - 7,5
23. Alexandro Serrano - 7,0
15. Emmanuel Hakman - 7,0
80. Otto Con - 6,5
21. Aleks Souza - 6,5
(6. Araş Qaderi, 85) - qiymətsiz
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
11. Ayxan Hüseynov
99. Sadiq Şəfiyev
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
Baş məşqçi: Kurban Berdiyev
Komandanın ən yaxşısı: Roderik Miller
1. Rikardo Fernandes - 6,0
60. Səbayıl Bağırov (k) - 5,5
17. Rafael Məhərrəmli - 5,5
(10. Emin Zamanov, 78) - qiymətsiz
6. Rauf Rüstəmli - 6,0
(22. Qurban Səfərov, 90) - qiymətsiz
82. Rüfət Abbasov - 6,0
24. Edqar Adilxanov - 6,5
(5. Arsen Ağcabəyov, 71) - 5,0
32. Vasiliye Radenoviç - 5,5
20. Leroy Mikels - 7,0
93. Brahim Konate - 6,0
9. Belajdi Pusi - 6,5
66. Vasiliye Bakiç - 6,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
Qollar: B.Pusi, 12 (0:1, L.Mikels). R.Miller, 21 (1:1, E.Hakman). E.Adilxanov, 39 (1:2, L.Mikels). A.Serrano, 60-p. (2:2). R.Miller, 90+4 (3:2, E.Hakman).
Vərəqələr: B.Konate, 57 (hakimin qərarına etiraz). R.Miller, 90+4 (qeyri-idman hərəkəti). M.Hacıyev, 90+4 (qeyri-idman hərəkəti). Eltun Turabov, 90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Şirməmməməd Məmmədov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
9 dekabr. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,5.
"Zirə"nin isti nəfəsini kürəyində hiss edən "Turan Tovuz" 4, "Şamaxı" isə 8 oyunluq qələbəsizlik seriyasına son qoymalıydı. Maraqlıdı ki, qonaqlar ciddi azarkeş dəstəyinə və meydan sahiblərinin fəallığına rəğmən, daha üstün oyun göstərir və tutarlı hücumlarla yadda qalmaq istəyirdi.

Düzdü, "bozqurd" 8-ci dəqiqədə Otto sayəsində önə atıldı və rəqibi çəkindirməyə cəhd etdi. Lakin Radenoviç komandasını təhlükədən qorudu. "Şamaxı" debütdəki cəsarətli oyunla çoxlarını yanıltdı. Hətta hadisələrin axarı "şirlər"in hesabı erkən açmasıyla nəticələndi. Belə ki, 12-ci dəqiqədə Konate təkbaşına irəli atıldı və cərimə meydançasının həndəvərinə qədər gəldikdən sonra topu Mikelsə çatdırdı. Leroyun qapıya paralel ötürməsini dəyərləndirən Pusi isə topu tora qovuşdurdu. Çox keçmədən qonaqlar daha bir maraqlı hücum qurdu. Bu dəfə Edqar cərimə meydançasına daxil olan Leroya ötürmə verdi, ancaq Şəhriyarın həlledici müdaxiləsi işə yaradı. Ardından Konovalov Səbayılın qapıya zərbəsini zərərsizləşdirdi. "Turan Tovuz" 21-ci dəqiqədə hesabı bərabərləşdirdi. Kristian künc zərbəsini yerinə yetirdi. Əslində Hakman onun cərimə meydançasına göndərdiyi topu başla qapıya yönəltmək istəyirdi. Top qanalının zərbəsindən sonra fərqli istiqamətə yön alsa da, Millerin doğru zamanda etdiyi müdaxilə qolla nəticələndi. Bir qədər sonra "Şamaxı" yenidən fərqlənmək imkanı qazandı. İlk dəqiqələrdən fəallığıyla seçilən Edqar komandasını hesabda önə keçirmək şansını İsmayılın müdaxiləsi, İvanın cəldliyi səbəbindən dəyərləndirə bilmədi.
Ardından Faiqin qeyri-dəqiq zərbəsini izlədik. Daha sonra Konatenin "çərçivə"yə göndərmək istədiyi top qapının yanından keçdi. Düzdü, "bozqurd" həm hücum, həm də müdafiə xəttində diqqətli olmağa çalışır, daha bir qol vurmaqla fasiləyə hesabda öndə yollanmaq istəyirdi. Lakin yenə “Şamaxı” önə keçdi. 39-cu dəqiqədə Edqar Mikelsin cərimə meydançasına çatdırdığı topu tora qovuşdurdu. Beləliklə, birinci hissə "şirlər"in həm oyun, həm də hesab baxımından üstünlüyü ilə başa çatdı.
İkinci hissəyə tovuzlular daha fəal başlasa da, "Şamaxı"nın müdafiə xətti meydan sahiblərinin qapıya zərbə endirməsinə şərait yaratmırdı. Qonaqlar gah təkbətək mübarizələrdən qalib ayrılmaqla təhlükəni sovuşdururdu, gah da topu dərhal uzaqlaşdırmaqla. Hər halda, "bozqurd" hesabı bərabərləşdirə bildi. 57-ci dəqiqədə yerinə yetirilən künc zərbəsindən sonra yaşananlar üzündən "Şamaxı"nın qapısına penalti təyin olundu. Ona görə ki, Pusi cərimə meydançası daxilində Milleri kobud müdaxiləylə yerə yıxdı. 60-cı dəqiqədə "nöqtə"yə yaxınlaşan Serrano Rikardoyla mübarizədən qalib ayrıldı - 2:2. Bir qədər sonra "bozqurd" hesabda önə keçə bilərdi ki, top Kristianın zərbəsindən sonra dirəkdən döndü. Hakmanın 69-cu dəqiqədə başla vurduğu qol isə sayılmadı. Buna onun həmin anda Konateyə qarşı qayda pozuntusuna yol verməsi səbəb oldu.
Ardından Ottonun qapıya qeyri-dəqiq zərbəsinə şahidlik etdik. Düzü, komandalar bundan sonra dinamik oyun tərziylə yadda qalmadı. Böyük ehtimalla, həm "Turan Tovuz", həm də "Şamaxı" ötən həftə keçirdiyi kubok matçından sonra yorğunluqdan qurtulmamışdı. Hər halda, sona yaxın meydan sahibləri daha fəal görünürdü. Rikardo 83-cü dəqiqədə Souzanın, az sonra Ottonun zərbəsini dəf etdi. Uzatma dəqiqələrində isə iki qol vuruldu. 90+3-cü dəqiqədə Pusi fərqləndi. Amma topu qəbul etdiyi anda ofsaydda olduğuna görə qol sayılmadı. Yekun hesabı müəyyənləşdirən epizod isə bir dəqiqə sonra yaşandı. Miller Hakmanın uzaqdan göndərdiyi topu tora qovuşdurmaqla komandasının qələbə qoluna müəlliflik etdi. Beləliklə, "Turan Tovuz" ilk "üçlük"dəki yerini möhkəmlətdi, "Şamaxı"nın qələbəsiz oyunlar seriyası isə 9-a çatdı!
Gözdən qaçmadı
* "Şamaxı"nın baş meneceri Kamran İsmayılov "şirlər"in ilk qolunda sevincini gizlətmədi. Bunu görən tovuzlu azarkeşlər komandalarının hər qolunda ona doğru çevrilərək acıq verdi.
* "Turan Tovuz"un ilk qolunun müəllifi Miller olsa da, stadionun diktoru "Sabah"la kubok matçında zədələnən Marandiçinin adını elan etdi. Həmçinin azarkeşlər  əməliyyat olunan futbolçunun şəkillərini nümayiş etdirdilər.
* Edqar Adilxanov karyerasında ilk dəfə premyer-liqa matçında qol vurdu.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri